Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYDƏR ƏLİYEV MƏRKƏZİ
    HEYDƏR ƏLİYEV MƏRKƏZİ – ümum milli lider Heydәr Əliyevin dövlәtçilik fәlsәfәsi vә azәrbaycançılıq mәfkurәsinin öyrәnilmәsini vә tәbliğini, Azәrb.-ın tarixi, dil, mәdәniyyәt vә milli-mәnәvi dәyәrlәrinin yaşadılmasını tәmin edәn dövlәt tәsisatı. Azәrb. Resp. Prezidentinin 2006-cı il 29 dekabr tarixli sәrәncamı ilә yaradılmışdır. Bakı ş.-ndә yerlәşir. Mәrkәz Heydәr Əliyev irsinin tәdqiqi, tәbliği vә tәtbiqi, habelә elm, tәhsil, mәdәniyyәt, sәhiyyә, idman, ekologiya vә iqtisadiyyatın müxtәlif sahәlәrinә dәstәk verilmәsi, bu sahәlәrin inkişafına xidmәt edәn layihәlәrin hәyata keçirilmәsi, yerli, regional vә beynәlxalq tәdbirlәrin tәşkili istiqamәtindә fәaliyyәt göstәrir. Müxtәlif beynәlxalq tәşkilatlar, digәr ölkәlәrin analoji qurumları, muzey vә sәrgi mәrkәzlәri ilә qarşılıqlı әmәkdaşlıq şәraitindә fәaliyyәt göstәrәn H.Ə.M. Sәrgilәr vә Tәdbirlәr Beynәlxalq Assosiasiyası (2013), Beynәlxalq Konqres vә Konvensiya Assosiasiyası (2013), Beynәlxalq Konvensiya Mәrkәzlәri Assosiasiyası (2014) vә Tәdbir Tәşkilatçıları Assosiasiyasının üzvüdür (2014). Mәrkәzin layihәsi 2007 ildә mәşhur memar Zaha Hәdid tәrәfindәn (“parametrizm”, kompüter modellәşdirilmәsindәn istifadә etmәklә) işlәnilmişdir. Mәrkәzin әrazisi 15,93 ha-dır. Əsas binası üç hissәdәn ibarәtdir: Heydәr Əliyev muzeyi, sәrgi zalları (“Azәrbaycan incilәri”, “Mini Azәrbaycan”, “Azәrbaycana xoş gәlmisiniz”) vә “Auditorium”. Müxtәlif ölçülü hәndәsi formalara (üçbucaq, düz bucaq, trapesiya, paralelo qram) müraciәt edәn memar, demәk olar ki, düz xәtlәrdәn istifadә etmәmişdir. Dalğavarı quruluşa malik bina әtraf mühitlә harmonik görüntü formalaşdırır. Tikintidә ümumi uz. 90 km olan dәmir kostruksiyalar şәbәkәsindәn, müxtәlif ölçülü panellәrdәn istifadә edilmişdir. Mәrkәzin inşasında istifadә olunmuş ağ rәng memarlıq detallarının seçilmәsindә xüsusi rol oynayır. Binada hәmçinin tәbii ağac vә bitkilәrdәn tәşkil olunmuş landşaft spesifik mühit yaradır. Kompleksin әrazisindә 2 dekorativ hovuz vә süni göl var. Mәrkәzin açılışı 2012 il may ayının 10-da olmuşdur.
    Heydәr Əliyev Mәrkәzi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU