HEYDƏR ZİRVƏSİ – Azәrb. Resp. Quba r-nu әrazisindә, Baş Qafqaz silsilәsinin şm.-ş. yamacında, Qızılqaya massivindә zirvә. Qusarçayla Qudyalçayın suayırıcındadır. Hünd. 3751 m-dir. Zirvә 1998 ildә, Heydәr Əliyevin 75 illik yubileyi әrәfәsindә Azәrb. alpinistlәri tәrәfindәn fәth edilmiş vә onun adı ilә adlandırılmışdır; zirvәyә H. Əliyevin bürüncdәn hazırlanmış barelyefi vurulmuşdur. H.z. Şahdağ Milli Parkının әrazisindәdir.










