HEYDƏRABAD NİZAMLIĞI – Hindistanın әn iri hakimliklәrindәn (1724–1949), sonralar isә ştatlarından (1950–56) biri. Keçmiş H.n.-nın әrazisindә müxtәlif xalqlar (teluqular, marathlar, hindustanlılar, kannaralar vә b.) yaşayırlar. Böyük Moğollar dövlәtinin parçalanmasından sonra meydana gәlmişdir: 1724 ildә Bicapur vә Qolkonda moğol mülklәrinin canişini, nizamülmülk (“dövlәtin qurucusu”) titulunu daşıyan Çin Kılıç xan özünü Asәf Cah adı ilә müstәqil hökmdar elan etmişdi. 1798 ildә İngiltәrә Ost-Hind şirkәti ilә H.n. arasında bağlanmış “subsidiya müqavilәsinә” görә nizamlıq özünümüdafiә, müstәqil diplomatik әlaqәlәr saxlamaq hüquqlarından mәhrum edildi vә bir çox daxili mәsәlәlәrin hәlli üçün ingilis rezidentinә müraciәt etmәyә mәcbur oldu. Hindistanın istiqlaliyyәtinin elan edilmәsindәn (1947) sonra İngiltәrәnin dәstәyi ilә nizam müstәqilliyini saxlamağa cәhd etdi; bunu mәrkәzi hind hakimiyyәti tanımadı. 1946–51 illәrdә H.n.-nın böyük hissәsini әhatә edәn Telinqana kәndli çıxışlarının (bax Telinqana üsyanı) meydanına çevrildi, nizamın qoşunları onları yatıra bilmәdi. Hindistanın mәrkәzi hökumәtinin tәzyiqi ilә nizam 1948 ilin sentyabrında H.n.-nın Hindistan İttifaqına daxil edilmәsi haqqında razılaşma imzaladı. 1950 il konstitusiyasına müvafiq olaraq H.n. ştata çevrildi. Nizamın hakimiyyәti mәhdudlaşdırıldı, lakin o, racpramukh (icra hakimiyyәtinin başçısı) qismindә ştatın rәhbәri olaraq qaldı. 1956 ildә ştatların yenidәn qurulması aktına uyğun olaraq Heydәraba ştatı lәğv edildi. Onun әrazisi Andhra-Pradeş, Maysur, Maharaştra ştatlarına daxil edildi. Nizamın daşınmaz әmlakı, xәzinәsi saxlanıldı, ona vә ailә üzvlәrinә dövlәt tәqaüdü tәyin edildi (1970-ci illәrin әvvәllәrindә ölkәdә demokratik hәrәkatın tәzyiqi ilә tәqaüdlәr lәğv edildi).










