HEYDƏRİYYƏ (
) – әsasәn, Azәrb. vә İranda fәaliyyәt göstәrmiş iki sufi tәriqәti. 1) 12 әsrin sonunda Xorasanda meydana gәlmiş sufi tәriqәtinin banisi Qütbәddin Heydәr Zavei (ö. 1221) idi. O, Orta Asiyadan gәlmiş, Əhmәd Yәsәvi mәktәbinin ardıcılı olmuşdur. Tәriqәt Suriya, Kiçik Asiya vә Hindistan daxil olmaqla geniş әraziyә sürәtlә yayılmışdı. 15 әsrdәn tәriqәtin tәsir dairәsi tәdricәn daralmış, üzvlәrinin sayı azalmışdır. Tәriqәtin icmaları parçalanmış, qalan hissәsi qәlәndәriyyәyә qarışmışdır. 2), 14 әsrin sonu – 15 әsrin әvvәlindә İranda meydana gәlmiş m i r h e y d ә r i y y ә sufi qardaşlığının banisi Sultan Mir Heydәr Tuninin (1427 ildә Tәbrizdә vәfat etmişdir) soy şәcәrәsi Musa әl-Kazimә gedib çıxır. Bakıda doğulmuş, çoxlu sәyahәt etmiş, Tun ş.-ndә (Xorasan) mәskunlaşmışdır. 15 әsrin әvvәlindә Tәbrizә getmiş, orada Baba Heydәr kimi mәşhurlaşmışdır. Qara qoyunlu hökmdarları Qara Yusif vә İsgәndәrdәn dәstәk almışdır. Sәnәtkarlar vә tacirlәr arasında böyük nüfuz sahibi olmuşdur. Sәfәr etdiyi hәr mәntәqәdә tәkyә qurmuşdur. H. Sәfәvilәr dövründә aktiv fәaliyyәt göstәrmiş, heydәrixanәlәr adlanan tәkyәlәrin şeyxlәri (babalar) şah tәrәfindәn tәyin olunmuşdur. Tәriqәt bir neçә dәrәcәli (pir, pirә, çıraqçı, zakir, sәqqa, şamxali, kuzәçi, müfrid vә nәqib) inisiasiya sisteminә malik idi. Fütüvvәt tәlimi ilә sıx әlaqәdә olmuş, 20 әsrin әvvәlinәdәk mövcudluğunu saxlamışdı. Xaksarilәr mirheydәrilәrin davamıdır.










