HEYDƏRLI – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9.9.1930 ildәn Qarakilsә, 3.1.1935 ildәn Kirovakan, 1964 ildәn Quqark r-nu), Hallavar çayının (Pәmbәk çayının sağ qolu) kәnarında azәrb.-ların yaşadığı kәnd. 1919 ildә kәnd ermәni tәcavüzünә mәruz qalaraq dağıdılmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhalisi geri qayıdaraq doğma kәnddә yenidәn mәskunlaşmışdır. 1988 ildә buradan bütün azәrb. әhalisi deportasiya olunmuş vә kәnd ermәnilәşdirilmişdir.










