HEYDƏROV Amid Rәbbil oğlu (20.5.1988, Lerik ş. – 3.10.2020, Cәbrayıl r-nu) – Vәtәn Müharibәsi Qәhrәmanı (ölümündәn sonra, 9.12.2020), Azәrb.Silahlı Qüvvәlәrinin mayoru. Hәrbi xidmәtә 2008 ildә başlamışdı. Cәbrayıl r-nunun ermәni işğalından azad olunması uğrunda gedәn döyüşlәrdә qәhrәmanlıq göstәrmişdir. Lerik ş.-ndә dәfn edilmişdir.











