HEYDƏROV Arif Əmrah oğlu (d.5.6.1954, Ukrayna SSR, Stalin vil., (indiki Donetsk ş.) - Azәrb. kimyaçısı, kimya e.d. (2011), prof. (2015). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki Azәrb. Dövlәt Pedaqoji Un-ti) bitirmişdir (1975). 1977-2013 illәrdә Azәrb. EA-nın Qeyri-üzvi vә Fiziki Kimya İn-tunda (indiki M.Nağıyev ad. Kataliz vә Qeyri-üzvü Kimya İn-tu) müxtәlif vәzifәlәrdә çalışmışdır. 2014 ildәn laboratoriya müdiridir. Tәdqiqatları Azәrb.-nın mineral sәrvәtlәrinin (filiz vә qeyri-filiz) kompleks emalı texnologiyasının elmi әsaslarının yaradılması vә bir sıra sәnaye tullantılarından (mazutun yanma külü, Daşkәsәn dәmir filizinin emal tullantıları, qırmızı şlam vә s.) qiymәtli metalların çıxarılmasına hәsr olunmuşdur. 100-dәn çox elmi әsәrin müәllifidir










