HEYDƏROV Hidayәt Minayәt oğlu (d.27.7.1997, Göyçay r-nu., Alxasava k.) – Azәrb. idmançısı. Cüdo üzrә dünya çempionatının bürünc (2015, Əbu-Dabi) mükafatçısı, 2 dәfә Avropa (2016, Malaqa; 2017, Varşava), 4-cü İslam Hәmrәyliyi Oyunları (2017, Bakı) vә dünya (2017, Zaqreb) çempionudur. 2018 ildә Bakıda keçirilәn dünya çempionatında 73 kq çәki dәrәcәsindә bürünc medal qazanmışdır.










