HEYDƏROV Muradalı Şahbağat oğlu (18.3.1922, indiki Zәrdab r-nunun Mәmmәd qasımlı k. – 1.1.2016, orada) – Böyük Vәtәn müharibәsi qәhrәmanı, starşina. 1942 ildә Sovet ordusuna çağırılmışdır. 416-cı Azәrb. diviziyasının tәrkibindә Taqanroqun azad edilmәsindә, Polşa vә Berlindә gedәn döyüşlәrdә igidlik göstәrmişdir. 1946 ildә ordudan tәrxis olunan H. Zәrdab r-nundakı Zәrdabi ad. kolxozda traktorçu işlәmişdir. Şöhrәt ordeninin hәr üç dәrәcәsi ilә, 2-ci dәrәcәli Vәtәn müharibәsi ordeni vә medallarla tәltif olunmuşdur. H.-un adı Rusiyanın, Ukraynanın, Moldovanın vә Avropanın bir çox şәhәr vә kәndlәrinin “Bizi alman faşizmindәn xilas edәnlәr” xatirә-memorial lövhәlәrindә hәkk olunmuşdur.











