HEYDƏROV Şamil Hilal oğlu (d.30.1.1959, Erm. SSR Masis) – nәqliyyat (tәkәrli vә tırtıllı maşınlar) sahәsindә Azәrb. alimi, texnika e.d. (2006), prof. (2011). Azәrb. Politexnik İn-tunu (AzPİ) bitirmişdir (1985). 1987 ildәn AzPİ-dә (indiki AzTUda) assistent, baş müәllim, dosent vәzifәlәrindә işlәmiş, hazırda AzTU-da prof-dur. Əsas elmi işlәri avtomobillәrin tormoz mexanizmlәrinin hesablama sistemlәrinin tәkmillәşdirilmәsi, yol hәrәkәtinin nizamlanma üsulları vә alqoritmlәri sahәsindәdir. 100-dan çox elmi әsәrin müәllifidir.










