Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYERDAL (Heyerdahl) Tur
    HEYERDAL (Heyerdahl) Tur (6.10.1914,Norveç, Larvik – 18.4.2002, İtaliya, Savona әyalәti, Kolla-Mikeri malikanәsi) – Norveç sәyyahı, arxeoloqu vә etnoqrafı, Norveç EA-nın üzvü (1958). Oslo Un-tinin tәbiyyat-coğrafiya fakültәsindә tәhsil almışdır (1933 ildәn). 1937–38 illәrdә Taiti vә Fatu-Hiva adalarına (Markiz a-rı) getmişdir. İkinci dünya müharibәsi (1939–45) zamanı Norveç müqavimәt hәrәkatının iştirakçısı olmuşdur. Köhnә Dünya (Asiya, Avropa, Afrika) ilә Yeni Dünya (Amerika) arasında xalqların transokean miqrasiyasının mümkünlüyünü tәdqiq etmişdir. 1947 ildә Polineziyanın Amerika ilә әlaqәlәrinin mümkünlüyünü sübut etmәk üçün 6 nәfәrlik komanda ilә “Kon-Tiki” adlı balsadan düzәldilmiş salda (hazırda Buqdoy y-a-nda Osloda “Kon-Tiki” muzeyindә saxlanılır) Sakit okeanda Perudan Tuamotu arxipelaqına üzmüşdür. Bu sәyahәt haqqında çәkilmiş film “Oskar” mükafatına (1952) layiq görülmüşdür. 1953 ildә Qalapaqos a-rında inklәrәqәdәrki dövrә aid mәskәnlәrin qalıqlarını aşkar etmiş, 1955–56 illәrdә Pasxa a., Rapa-İti a. vә Markiz a-rında arxeoloji tәdqiqatlar apararaq buranın 4 әsrdә mәskunlaşdığını göstәrmişdir. 1969 ildә beynәlxalq tәrkibli ekspedisiya ilә papirus qamışından düzәldilmiş “Ra” qayığı ilә Atlantika okeanını üzәrәk keçmәyә cәhd göstәrsә dә, qayıq qәzaya uğramışdı. Bu sәyahәt 1970 ildә “Ra II” qayığı ilә tәkrarlanmış vә Mәrakeşdәn üzәrәk müvәffәqiyyәtlә Barbadosa çatmışdı. 1977–78 illәrdә Qәdim Mesopotamiya ilә Harappa sivilizasiyaları arasında dәniz әlaqәlәrinin mümkünlüyünü sübut etmәk mәqsәdilә hәmin beynәlxalq ekipajla Şumer qayıqlarının dәqiq surәti olan qamışdan hazırlanmış “Tiqris” qayığı ilә İran körfәzindәn Kәraçiyә, sonra isә Cibutiyә sәyahәt etmişdir. Maldiv a-rında qazıntılar apararaq “Günәş allahı” şәrәfinә әhәngdaşıdan tikilmiş qәdim mәbәd, tikililәr vә s. aşkarlamış (1983–84), Tenerife a.-nda quançilәrin piramidalarının (1991) tәdqiqindә iştirak etmişdir. Azәrb.-da Qobustan qayaüstü tәsvirlәri (әsasәn, qayıq tәsvirlәri), Şabran ş.-nin qalıqları ilә tanış olmuş (1980–90), bu abidәlәr barәdә mülahizәlәr söylәmişdir. Sәyahәtlәri haqqında kitabları (“Cәnnәt axtarışında”, Fatu-Hiva haqqında, 1938; «“Kon-Tiki”dә sәyahәt», 1948; “Aku-Aku” Pasxa a. haqqında, 1957) H.-a geniş şöhrәt gәtirsә dә, nәzәriyyәlәri tәnqidә mәruz qalır vә alimlәr tәrәfindәn dәstәklәnmir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU