HEY-ERRAN MÜQAVİLƏSİ (1903) – ABŞ ilә Kolumbiya arasında Atlantika okeanını Sakit okeanla birlәşdirәcәk gәlәcәk kanalın statusuna dair müqavilә. Yanvarın 22-dә ABŞ-ın dövlәt katibi C.Hey vә Kolumbiyanın ABŞ-dakı müvәqqәti işlәr vәkili T.Erran tәrәfindәn imzalanmışdır. Müqavilәyә görә, ABŞ 100 il müddәtindә (ABŞ-ın istәyi ilә uzadıla da bilәrdi) kanalın tikintisi, istismarı vә mühafizәsi üzrә müstәsna hüquq әldә edirdi. Kanalın hәr iki sahilindә 5 km enindә sahilboyu zona (Panama vә Kolon şәhәrlәri istisna olmaqla) da Kolumbiyanın suverenliyi saxlanılmaqla ABŞ-ın istifadәsinә verilirdi. Bunun müqabilindә Kolumbiya 10 mln. dollar birdәfәlik ödәniş vә müqavilәnin bağlanmasından sonra onuncu ildәn etibarәn hәr il 250 min dollar almalı idi. ABŞ Senatı tәrәfindәn martın 17-dә tәsdiq olunmuş, lakin hәmin il avqustun 12-dә Kolumbiya Senatı tәrәfindәn rәdd edilmişdir. Bax Panama kanalı.










