HEYKƏLTƏRAŞLIQ (lat. sculptura, lat. sculpo sözündәn – hәkketmә, oyma) – real mәkanda üçölçülü (en, hünd., uz.) hәcmi birlәşdirәn plastik incәsәnәt növlәrindәn biri. 2 әsas növü var: mәkanda sәrbәst yerlәşәn d a i r ә v i h e y k ә l t ә r a ş l ı q vә tәsvirin müstәvidә yer lәşdirilmәsi – r e l y e f. Dairәvi heykәltәraşlığa heykәl, H. qrupu (tamlıq tәşkil edәn iki vә ya bir neçә fiqur), kiçik plastika (heykәlcik vә s.), büst, germa vә s. daxildir. Relyef tәsvirin hünd. vә dәrinliyi ilә әlaqәdar barelyef, qorelyef, yastılaşdırılmış relyef, kontrrelyefә bölünür. Mәzmunu vә funksional mahiyyәtinә görә H. monumental, dәzgah vә kiçik hәcmli heykәltәraşlıq (heykәlciklәr, ayin әşyaları) növlәrinә bölünür. Monumental H. (heykәl, monument, memorial tikinti, kitabә) aydın ifadә olunmuş ictimai xarakter daşıyır, şәhәrin küçә vә meydanlarında, parklarda, müxtәlif tikililәrin fasad vә interyerlәrindә, hәmçinin qәbirüstü vә nekropollarda yerlәşdirilir. Monumen taldekorativ H. memarlıq vә ya bağ-park ansamblının elementlәrindәn biri olaraq, incәsәnәt sintezindә mühüm rol oynaya bilәr. Dәzgah H.-ı mәzmun etibarilә müstәqil xarakter daşıyır, adәtәn, yaşayış vә ekspozisiya interyerlәri üçün tәyin edilir; dini, tarixi, mifoloji, animalistik janr, mәişәt janrı, portret vә s. dәzgah H.-ında geniş yer tutur; 20 әsrin әvvәllәrindәn natürmort janrı da meydana gәlmişdir. Kiçik hәcmli H.-a yaşayış evlәrinin interyeri üçün nәzәrdә tutulan әsәrlәr, hәmçinin sikkә vә medallar, gemmalar daxildir. Heykәllәr gil, mum, plastilin kimi yumşaq materiallardan yapma üsulu ilә, daş, ağac, sümük vә s. materiallardan yonma vә kәsmә vasitәsilә, metal, gips, betondan isә tökmә yolu ilә hazırlanır. Ən erkәn H. әsәrlәri paleolit dövrünә aiddir (“Paleolit veneraları”, heyvan fiqurları).
Neynәvanın (Nineviyanın) Şimal sarayında Aşşurbanipalın
şir ovunu tәsvir edәn qabarıq relyef. E.ә. 645–635 illәr. Britaniya muzeyi.
Neolit dövründә H. abidәlәrinin dairәsi genişlәnmişdir. Keramikayaqәdәrki neolit dövrünә aid H.-ın әn qәdim nümunәlәrinә Göbәklitәpә abidәlәrindә (Türkiyә) rast gәlinir (qaban vә tülkü heykәllәri, daş üzәrindә oyma üsulu ilә şir, öküz, ceyran, ilan vә s. rәsmlәri, relyeflәr). Qәdim Misir, Babilistan, Assuriya vә digәr Şәrq ölkәlәrindә böyük, әzәmәtli mәbәdlәr, saraylar vә s. memarlıq ansamblları ilә sintez tәşkil edәn möhtәşәm sfinkslәr, monumental vә dekorativ heykәllәr, dәfn mәrasimlәri ilә bağlı relyeflәr yaradılırdı. Qәdim türk xalqlarında igid vә peşәkar döyüşçülәrin xatirәsinә hәsr edilәn komplekslәrdә daş heykәllәr vә balballar qoyulması geniş yayılmışdı. Şәrqin tәsiri altında tәşәkkül tapan Qәdim Yunanıstan incәsәnәtindә miniatür tunc әşyalardan monumental formalara keçilir. Mәbәdlәrdә allahların xrisoelefantin heykәltәraşlıq texnikasında yaradılmış heykәllәri yerlәşdirilirdi. Klassika dövrü müәlliflәrinin (Miron, Fidi, Poliklet, Skopas, Praksitel, Lisipp vә b.) adları vә әsәrlәri saxlanılmışdır. Qәdim Yunanıstan vә etruskların әnәnәlәrinә әsaslanan Qәdim Roma incәsәnәti portret janrını (büstlәr vә heykәllәr) inkişaf etdirmişdir. 2–3 әsrlәrdә relyeflәrlә bәzәdilmiş sarkofaqlar geniş yayılmışdı. Xristianlığın möhkәmlәnmәsi ilә әlaqәdar H.-ın nüfuz dairәsi kiçilmiş, mәbәdlәrin tәrtibatında boyakarlığa üstünlük verilmişdir. Monumental H.-ın yenidәn canlanması roman üslubu çәrçivәsindә, әsasәn, relyef formasında baş vermişdir. Qotika incәsәnәtindә H., vitrajla bәrabәr, mәbәdin bәzәdilmәsindә әsas rol oynamağa başlamışdı; Fransanın böyük kilsәlәrindә H.-da geniş ikonoqrafik proqramlar hәyata keçirilirdi. Renessans dövründә İtaliyada H. orta әsr mәkan sintezindәn bütünlüklә ayrılmış, onun janr vә növ diapazonu әhәmiyyәtli dәrәcәdә genişlәnmişdi. H.-ın inkişaf mәrkәzi olan Florensiyada tuncdan monumental fiqurlu tökmә (L.Giberti) vә terrakot plastika (Gibertinin, Donatellonun emalatxanalarında), kaşı heykәllәr (della Robbi ailәsi) yaranır, Ferraredә medalyer incәsәnәti meydana çıxırdı. Yüksәk Renessans dövründә Mikelancelo ellinizm plastikaları nümunәlәrinә әsaslanaraq, onun dramatik imkanlarını әhәmiyyәtli dәrәcәdә genişlәndirmiş, yeni tip “ilanabәnzәr fiqurlar” yaratmış, fakturalarla cәsarәtli eksperimentlәr aparmışdır. Dekorativ mәsәlәlәrә maraq manyerizm sәnәtkarlarını (B.Çellini, Cambolonya vә b.) fәrqlәndirir, bağ-park heykәl tәraşlığının inkişafı onların adı ilә bağlıdır. Orta әsrlәrdә Orta vә Uzaq Şәrq ölkәlәrindә, Mәrkәzi vә Cәnub-Şәrqi Asiyada, xüsusilә Hindistan vә Çindә mehrab heykәltәraşlığı ansamblları, qaya heykәltәraşlığı vә s. geniş yayılmışdı. Avropada barokko dövründә yeni incәsәnәt sintezindә H. mühüm yer tuturdu. Heykәllәr vә heykәltәraşlıq qrupları obrazlı forma vә dinamizm әldә etmişdi. Çox sayda tәmtәraqlı portretlәr, abidәlәr, hәmçinin kitabәlәr, dekorativ H. yaranırdı. İtaliyada C.L.Bernini, Almaniyada A.Şlüter, Fransada P.Jirardon, A.Kuazevoks, Rusiyada K.B.Rastrelli vә b. barokko H.-ının görkәmli nümayәndәlәri idilәr.

Tunc maral fiqurcuğu. E.ә. II minillik. Mingәçevir.
18 әsrin 2-ci yarısı – 19 әsrin 1-ci rübündә tarixi, mifoloji vә alleqorik mövzularla yanaşı, portret janrında da (J.B.Piqal, E.M.Falkone, M.A.Kollo vә b.) qiymәtli әsәrlәr yaradılırdı. 19 әsrin 1-ci yarısında romantizm estetikası H.-a müәyyәn dәrәcәdә tәsir etmişdi (F.Rüd). 19 әsrin 2-ci yarısında realist vә sosial-tәnqidi yönümlü sәnәtkarlar (E.J.Dalu, O.Domye, K.Menye) klassistik tendensiyalara vә salon incәsәnәtinә (J.B.Karpo) qarşı çıxırdılar. 19 әsrin sonu – 20 әsrdә modernizm incәsәnәtindә H.-ın sәrhәd vә imkanlarına yenidәn baxılmışdır: janr sәrhәdlәri bütünlüklә silinmiş, abstrakt H. – fraqment janrı meydana gәlmişdir. H.-a qeyri-әnәnәvi materiallar gәtirilmişdir, yeni tәsvir vә ifadә vasitәlәri axtarışları gedir. O.Roden yaradıcılığının Avropa mәktәbinә (ölçü, mәkan vә fakturaya münasibәti dәyişmışdır) güclü tәsiri olmuşdur: H. işlәri üzrә akademik sistemdә islahatlar etmiş, 20 әsrin 1-ci yarısından müxtәlif cәrәyanlar qarşılarına yeni mәqsәdlәr – ötәri tәәssüratın verilmәsi (impressionizm – E.Deqa, M.Rosso vә b.), klassik әnәnәnin saxlanılması (A.Mayol, E.A.Burdel, Ş.Despio vә b.) vә milli irsә müraciәt (İ.Meştroviç, Y.V.Mıslbek vә b.) – qoymuşlar. Avanqardizm incәsәnәtindә müxtәlif plastika eksperimentlәri nәzәrә çarpırdı: kubizm (A.Arxipenko, A.Loran), konstruktivizm (N.Qabo, A.Pevzner), ekspressionizm (E.Barlax, A.Q.Vigelann), futurizm (U.Boççoni), sürrealizm (S.Dali, J.Arp, A.Cakometti), abstraksionizm (K.Brınkuşi, Q.Mur), kinetik incәsәnәt (A.Kolder, Y.Aqam, V.Vazareli) vә s. F.Botero, H. de Sen-Fal, J.Tengeli 20 әsrin 2-ci yarısının әn görkәmli heykәltәraşları arasındadılar. Azәrb.-da Qobustanın Kәnizә mәskәnindәn aşkar edilmiş qadın daş heykәli Mezolit dövrünә aiddir. 4–7 әsrlәrdә Qafqaz Albaniyası incәsәnәtindә daş vә metal üzәrindә qabartmalar geniş yayılmışdı (Mingәçevir әrazisindәn tapılmış daş kapitelin üzәrindәki qoşa tutuquşu tәsvirlәri vә s.); bu dövr H.-ında tuncdan hazırlanmış maral vә keçi formasında su lülәyinlәri, adam, at, qoyun fiqurları әn çox yayılmış motivlәrdәn idi. Şamaxı r-nunun Xınıslı k.-ndәn tapılmış qadın heykәli diqqәti xüsusi cәlb edir. Vaxtilә Bakı körfәzindәki müdafiә istehkamının dekorativ tәrtibatını tәşkil edәn Bayıl daşlarında (bax Sәbayıl) әrәb әlifbası ilә qabartma yazılar, insan, heyvan vә quş tәsvirlәri hәkk olunmuşdur. Şirvanlı usta Əli ibn Mәhәmmәd ibn Əbdülün düzәltdiyi orijinal formalı, nәbati naxışlar, heyvan fiqurları vә insan tәsvirlәri ilә bәzәdilmiş nәfis su qabı (“Şirvan lülәyini”, tunc, 1206, Ermitaj, Sankt-Peterburq) 13 әsr Azәrb. H.-nın qiymәtli nümunәlәrindәndir. Bakıdakı Şirvanşahlar sarayı kompleksindә (15 әsr) daş üzәrindә ornamental qabartmaların mükәmmәl nümunәlәri qalmışdır. Azәrb. memarlıq abidәlәrindә, xüsusilә qәbirüstü daşlarda hәkk olunmuş oyma naxışlar, tәsvirlәr H.-ın dekorativ sәnәtlә üzvi әlaqәdә inkişaf etdiyini göstәrir. Azәrb.-ın müxtәlif yerlәrindәki (Naxçıvan, Lәnkәran, Gәdәbәy, Mil düzü, Abşeron vә s.) qәbiristanlıqlarda tәsadüf olunan at vә qoyun heykәllәri dairәvi H. әsәrlәridir.

“Bayıl” daşlarının relyeflәri. 12 –13 әsrlәr. Bakı.
Naxçıvan, Laçın, Ağdam, Gәncә, Mingәçevir, Qazax, Lerik vә s. yerlәrdәn tapılmış 16–17 әsrlәrә aid daş qoç vә at fiqurları, süjetli qabartma heykәllәr Azәrb. incәsәnәtinin maraqlı nümu nәlәridir. Daş fiqurlara Azәrb.-ın әksәr bölgәlәrindә, elәcә dә Ermәnistan vә Gürcüstanın azәrbaycanlılar yaşayan әrazilәrindә rast gәlinir. Azәrb.-ın, q. rayonlarının dağәtәyi kәndlәrindә tapılmış 16–17 әsrlәrә aid oyma naxışlı daş sәnduqәlәrin әksәriyyәtindә dәfn edilәnin sücaәt vә mәharәtini göstәrәn sәhnәlәr hәkk olunmuşdur. Mingәçevir, Laçın vә Zәngәzur әrazilәrindә rast gәlinәn sәnduqәlәrin üzәrindә şamanların dini mәrasimi, qәdim tayfalarda zoomorf anlayışlarla bağlı quş onqonunun (toteminin) vә zәrdüşti ayinlәrinin tәsvirlәri diqqәti cәlb edir. Azәrb.-da müasir peşәkar H.-ın tәşәkkülü vә inşkişafı ötәn әsrin 20-ci illәrindәn başlayır. 30-cu illәrdәn әmәkçi insanların, marksizm-leninizm klassiklәrinin obrazlarının yaradılması, bütün yaşayış mәntәqәlәrindә sovet rәhbәrlәrinin heykәllәrinin qoyulması, büstlәrinin düzәldilmәsi geniş yayılmişdı. Bu nümunәlәrin әksәriyyәti trafaret xarakterli, sәnәtkarlıq baxımından aşağı sәviyyәdә idi. Lakin bununla belә, heykәltәraşlar dövlәtin siyasi motivli sifarişlәrini yerinә yetirmәklә yanaşı, milli ruhu, mütәrәqqi әnәnәlәri saxlamağa da sәy göstәrir vә çox zaman buna nail olurdular. 20–30-cu illәrdә Bakıda M.Ə.Sabirin, M.F.Axundzadәnin vә b.-nın abidәlәri qoyulmuş, dekorativ heykәllәr, portret vә büstlәr yaradılmışdı. F.Əbdürrәhmanov Azәrb.-ın әdәbiyyat vә incәsәnәt xadimlәrinin bust-portretlәrini (Ə.Haqverdiyev, M.F.Axundzadә, Ü.Hacıbәyli, A.Zeynallı vә b.) vә ilk monumental әsәri olan “Füzuli” heykәlini (N.Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyinin lociyasında), C.Qaryağdı “Vaqif” heykәlini (yenә orada), yaratmışlar. İkinci dünya müharibәsindәn sonra Azәrb.-da monumental vә dәzgah H.-ı yeni inkişaf mәrhәlәsinә qәdәm qoydu. N.Gәncәvinin Gәncәdә (1946; SSRİ Dövlәt mükafatı, 1947) vә Bakıda (1949) abidәlәri F.Əbdürrәhmanovun yaradıcılığında mühüm yer tutur. Onun Bakıda qoyulmuş “Azad qadın” heykәli (1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qәhrәmanı Mehdi Hüseynzadәnin (1973), Düşәnbәdә şair Rudәkinin (1964, SSRİ Rәssamlıq Akademiyasının Qızıl medalı) abidәlәri müasir dünya monumental heykәltәraşlığının uğurlu nümunәlәrindәndir.
Əbdürrәhmanov F. Nizami Gәncәvinin heykәli. 1946. Gәncә.
SSRİ Rәssamlıq Akademiyasının hәqiqi üzvü P.V.Sabsay әmәk adamlarının, elm vә mәdәniyyәt xadimlәrinin (“Neftçi M.P.Kaveroçkin”, mәrmәr, 1955, “Rәssam S.Bәhlulzadә”, ağac, 1963; “Neftçi Babayev”, ağac, 1967, hәr üç әsәr Azәrb. Milli İncәsәnәt Muzeyindәdir); “Yazıçı S.Rәhimov”, tunc, 1961, Tretyakov qalereyası. Moskva; S.Vurğunun mәnzil-muzeyi üçün şairin monumetal portreti vә s.) büst-portretlәri qalereyasını yaratmışdır. “Elegiya” (A.S.Puşkinin heykәl-portreti, mәrmәr, 1961, Tretyakov qalereyası. Moskva) heykәltәraşın әn uğurlu әsәrlәrindәndir. C.Qaryağdının monumental-dekorativ heykәltәraşlıq әsәrlәri bәdii ifadәliliyi vә dinamikliyi ilә diqqәti cәlb edir. M.Ə.Sabirin (1958), N.Nәrimanovun (1972) heykәllәri, iki dәfә Sovet İttifaqı Qәhrәmanı gen. H.Aslanovun abidәsi (1983, Lәnkәran) Azәrb. heykәltәraşlığının qiymәtli nümunәlәrindәndir. SSRİ Rәssamlıq Akademiyasının hәqiqi üzvü Ö.Eldarov vә SSRİ Rәssamlıq Akademiyasının m. üzvü T.Mәmmәdovun birgә yaratdıqları “Füzuli” abidәsi (1962, Bakı), T.Mәmmәdovun Ü.Hacıbәyli (1962), Nәsimi (1979; İ.Zeynalovla birgә) vә s. monumental abidәlәri Azәrb. heykәltәraşlığının әn yaxşı nümunәlәrindәndir. Ö.Eldarov “X.Natәvan” (1960), “H.Zәrdabi” (1973, Zәrdab), “77-ci Azәrbaycan diviziyası” (1975, Sapun-Qora, Sevastopol), “M.Maqomayev” (1987) vә “H.Cavid” (1993, Bakı) abidәlәrindә heykәltәraşlıqla memarlığın sintezinә nail olmuşdur. Onun “Neftçilәr” (1963), “S.Bәhlulzadәnin portreti” (1966), “Ömrün dörd çağı” (1974) kimi kompozisiya vә portretlәri üçün lakoniklik vә milli kolorit sәciyyәvidir. Ümummilli lider Heydәr Əliyevin Naxçıvanda qoyulmuş abidә-büstü (1983) vә Bakıda qәbirüstü abidәsi (2004), akad. Zәrifә Əliyevanın xatirәsini әbәdilәşdirәn “Elegiya” (1989) kompozisiyası, türk alimi İ.Doğramacının Bilkәnd ş.-ndә qoyulmuş abidәsi (2002) Ö.Eldarovun böyük yaradıcılıq uğurlarıdır. İ.Zeynalovun mәşhur xeyriyyәçi Hacı Zeynalabdin Tağıyevin büstü (yaşadığı evdә, indiki Milli Azәrb. Tarixi Muzeyi), Bakıda Şah İsmayıl Xәtainin abidәsi (1993), M.Mirqasımovun C.Mәmmәdquluzadә (1974, Naxçıvan), C.Cabbarlı (1982, Bakı) abidәlәri vә “Azadlıq” (1961), “Xәzri” (1970; hәr iki әsәr Azәrb. Dövlәt Rәsm Qalereyasındandır) kimi lirik sәpkili әsәrlәri Azәrb. H.-ının uğurlarındandır. F.Nәcәfov (“Analıq”, 1977), F.Salayev (“Sergey Yesenin”), A.Əsgәrov (“Akademik Y.Mәmmәdәliyev”, 1998, Bakı), N.Əliyev (“Ə.Vahid”, rәssam R.Hәsәnovla birgә, 1990, Bakı) vә b. H.-ın forma rәngarәngliyini nümayiş etdirirlәr. Moskva (1991, heykәltәraşlar T. vә E.Zeynalov qardaşları) vә S.-Peterburqda (2002, heykәltәraş G. Babayev) Nizaminin, Brüsseldә Dәdә Qorqudun (2004, heykәltәraş N.Zeynalov), Vyanada Ü.Hacıbәylinin (2006, heykәltәraş Ö.Eldarov) abidәlәrinin qoyulması Azәrb. H.-ının yeni uğurlarıdır. Qadın heykәltәraşlardan Z.Mәmmәdova (“Ə.Əzimzadәnin portreti”, 1941; “Ü.Hacıbәylinin portreti”, 1946), H.Abdullayeva (Şuşada M.P.Vaqifin abidәsi, 1957; “Laylay” heykәl-kom pozisiyası, 1963), E.Hüseynova (“Ailә”, 1960; “Ana”, 1970) öz әsәrlәrindә müxtәlif mövzulara müraciәt etmişlәr. E.Şamilov, Q.Sücәddinov, A.Mustafayev, S.Qurbanov, Ə.Salikov, F.Bakıxanov, A.Qaziyev, M.Rüstәmov, H.Musayev, V.Şәrifov, G.Babayev, Ş.Şәrifov, X.Əhmәdov, Z.İsgәndәrov, H.Haqverdiyev, S.Zakiri vә b. heykәltәraşların әsәrlәrindә milli әnәnәlәrlә yanaşı yenilik, forma emosionallığı xüsusi әhәmiyyәt kәsb edir. 20 әsrin sonuncu onilliyindә vә 21 әsrdә Bakıda bir sıra orijinal abidәlәr yaradılmışdır: “Akad. Y.Mәmmәdәliyev” (heykәltәraş A.Əsgәrov, 1998), “Heydәr Əliyev” (heykәltәraş M.A.Nogin, memarlar İ.N.Voskresenski vә S.A.Şerbakov, 2004–2005), Xocalı soyqırımına hәsr olun muş “Ana harayı” (heykәltәraşlar A., M. vә T.Rüstәmovlar, 2008), “Fikrәt Əmirov” (heykәltәraş N.Dadaşov, 2011); “Bülbül” (heykәltәraş A.Əsgәrov, 2012), “Qara Qarayev” (heykәltәraş F.Nәcәfov, 2014); “Rәşid Behbudov” (heykәltәraş F.Salayev, 2016), “Niyazi” (heykәltәraş Ö.Eldarov, 2017), ”H.Z.Tağıyev” (heykәltәraş X.Əhmәdov, 2021).
Niyazinin heykәli. Heykәltәraş Ö.Eldarov, memar
E.Qasımzadә. 2017. Bakı.
Əd.: N o v r u z o v a C. Sovet Azәrbaycanının heykәltәraşlığı. B. 1973; М о л е в а Н. Скульптура. Очерки зарубежной скульптуры. М. 1975; S.S a l a m z a d ә Ə.R. vә b. Azәrbaycan incәsәnәti. B., 1977; Ə f ә n d i y e v R. Azәrbaycan daş plastikası. B., 1986.










