Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYLBRONER (Heilbroner) Robert Lyuis
    HEYLBRONER (Heilbroner) Robert Lyuis (24.3.1919, Nyu York – 4.1.2005, Nyu York) – Amerika iqtisadçısı, sosioloq, iqtisadi fikir tarixçisi. 1940 ildә Harvard Un-tini bitirmişdir. 1950-ci illәrdә Yeni sosial tәdqiqatlar mәktәbindә elmi işçi kimi çalışmış, әsasәn, iqtisadi fikir tarixindәn dәrs demişdir. Fәlsәfә elmlәri doktoru dәrәcәsini (1963) almış, 1971 ildә iqtisadiyyat üzrә prof. olmuşdur. Amerika İqtisadiyyat Assosiasiyasının vitse-prezidenti (1972) seçilmişdir. H. iqtisadiyyatı “әnәnәvi” (әsasәn, natural tәsәrrüfat), “komanda” (dövlәtin iştirakı ilә mәrkәzdәn planlaşdırılmış iqtisadiyyat), “bazar” (kapitalizm) vә “qarışıq” iqtisadiyyat kimi tәsnif etmişdir. H. 20-dәn çox kitabın müәllifidir. Görkәmli iqtisadçıların, o cümlәdәn A.Smit, K.Marks, C.Keyns vә b.-nın hәyatı vә onların elmә verdiyi töfhәlәr haqqında “The Worldly Philosophers: The Lives, Times and Ideas of the Great Economic Thinkers” (“Dünya fәlsәfәçilәri: görkәmli iqtisadçıların hәyatı vә fikirlәri”, 1953) kitabı ona dünya şöhrәti gәtirmişdir. O özünü iqtisadçıdan daha çox sosial-nәzәriyyәçi vә filosof-praktik sayır, tarix, iqtisadiyyat vә fәlsәfә kimi fәnlәri birlәşdirmәyә çalışırdı, lakin müasirlәri onu görkәmli iqtisadçı hesab edirdilәr.
    Ə s ә r l ә r i: “The Worldly Philosophers”, 1953; New York, 1963; “Economic Relevance: A Second Look”, 1971; “Understanding Macroeconomics”, 1972; “Marxism: For and Against”, New York, 1980; “The Nature and Logic of Capitalism”, 1985; “Technological Determinism Revisited. In Does Technology Dri ve History”, Cambridge, 1994; “The Economic Trans formation of America Since 1865” (with Alan Singer), 1997.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU