Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉYNE (Heine) Henrix
    HÉYNE (Heine) Henrix (13.12.1797, Düsseldorf – 17.2.1856, Paris) – alman şairi, publisist. Yәhudi tacir ailәsindә doğulmuşdur. İlk tәhsilini Düsseldorfda liseydә almışdır. 1819–23 illәrdә Bonn, Höttingen vә Berlin un-tlәrindә oxumuş, burada A.V. Şleqel, G.V.F.Hegel, A.Şamisso vә b. ilә görüşmüşdür. 1825 ildә hüquq doktoru (1825) olmuşdur. 1816 ildәn şeir yazmağa başlamış, 1817 ildәn çap olunmuşdur. Böyük Fransa inqilabını vә Maarifçilik ideyalarını әks etdirәn, azadlığın tәrәnnüm olunduğu “Nәğmәlәr kitabı” (1827) şeirlәr toplusu H.-yә populyarlıq gәtirmişdir. H. yaradıcılığında müxtәlif janrlara (sonetlәr, mәhәbbәt nәğmәlәri, romanslar, “yuxular”, balladalar) müraciәt etmәklә alman romantik poeziyasına yeni nәfәs vermişdir. Şeirlәri, avtobioqrafik qeydlәr vә s. toplanmış “Yol mәnzәrәlәri” (c.1–4, 1826–31) kitabı feodal-monarxiya vә burjua-filster Almaniyasının hәyat tәrzi, meşşan bayağılığı, mәnәvi düşkünlük әleyhinә kәskin satiradır. Topluda inqilabi-demokratik ideyalar güclüdür. H. 1831 ilin mayında Fransaya köçmüş, ömrünün sonunadәk siyasi mühacir kimi orada yaşamışdır. Fransada alman vә fransız dillәrindә çap olunmuşdur, mәqalә vә oçerklәrindә alman vә fransız mәdәniyyәtini tәbliğ etmişdir (“Salon” c.1–4, 1833–40), V.Hüqo, A.Düma, P.J.Beranje, O.de Balzak, F.Şopen, H. Berlioz, o cümlәdәn K.Marksla dostluq münasibәtlәri yaranmışdır. “Romantik mәktәb” (1836) әsәrindә H. bilavasitә ictimai-siyasi hәyata daxil olmuş yeni әdәbiyyatın proqramını irәli sürmüşdür. “Müasir şeirlәr” (1844) kitabında, “Atta Troll.Yay gecәsindә yuxu” (1843, 1847), “Almaniya. Qış nağılı” (1844) satirik poemalarında siyasi vә sosial eybәcәrliklәri, mütlәqiyyәti, dini mәnәviyyatı, hәmçinin milli birlik ideyasının milliyәtçiliyә çevrilmәsini tәnqid etmiş, hәyatı mübarizә yolu ilә dәyişdirmәk ideyasını irәli sürmüşdür. Sәhhәtinin pislәşmәsi ilә әlaqәdar H. 1848 il inqilabında iştirak edә bilmәmişdir. İnqilabın mәğlubiyyәtindәn doğan kәdәr, bәdbinlik, ümidsizlik, şairin öz şәxsi faciәsi “Romansero” (1851), “1853 vә 1854-cü illәrin şeirlәri” (1854) toplularında әksini tapmışdır. Ömrünün sonunadәk mübarizәnin daha yüksәk formada vüsәt alacağına ümid bәslәmişdir. “Əl-Mәnsur”, “Vilyam Ratklif” (hәr ikisi 1823) faciәlәrinin, “Doktor Faust” (1851) balet librettosunun, “Lütesiya” (1854) siyasi-publisistik kitabın, avtobioqrafik (“Etiraf”, 1854) vә bәdii (“Florensiya gecәlәri”, 1837) nәsr әsәrlәrinin müәllifidir. H.-nin poeziyası ABŞ, Rusiya, İngiltәrә vә başqa ölkәlәrdә şöhrәt tapmışdır. 19–20 әsrin görkәmli bәstәkarları F.Şubert, R.Şuman, R.Ştraus, N.Metner, K.Orf vә b. H.-nin şeirlәri әsasında musiqi әsәrlәri yaratmışlar. H.-nin “Əl-Mәnsur” pyesi 20 әsrin әvvәllәrindә Azәrb. sәhnәsindә tamaşaya qoyulmuşdur. H., N.Gәncәvi poeziyasını yüksәk qiymәtlәndirmişdir.
    Ə s ә r l ә ri: Собр. соч.: В 10 т. М., 1956.
    Əd.: С т а д н и к о в Г.В. Г. Гейне. М., 1984.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU