HEYRANIS, H e r a n o s – İrәvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Cığındәrә bölgәsindә azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni-daşnak hücumları nәticәsindә dağıdılmış, yandırılmış, әhalisi isә qәddarlıqla qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhalisinin bir hissәsi geri qayıtmış vә burada mәskunlaşmışdır. 1949 ildә kәndin bütün әhalisi Azәrb.-a deportasiya olunmuş vә kәnd xarabalığa çevrilmişdir.










