HEYRATI – zәrbi muğam. Mahur-hindinin Mayә şöbәsi üstündә (“do” rast tonallığın da) oxunur, musiqi ölçüsü 4/4-dür; gümrah, nikbin, cәngavәr әhvali-ruhiyyәli qәhrәmani xarakter daşıyır. Poetik әsası qәzәldir. Herat ş.-nin (indi Əfqanıstanın әrazisindәdir) adından götürülmüşdür. M.M.Nәvvabın mәlumatına görә (“Vüzuh ul-әr-qam”, 1913 ilin nәşri) onun dövründә H. populyar vokal vә instrumental formalardan biri olmuşdur. Ü.Hacıbәylinin “Leyli vә Mәcnun” operasında Nofәlin partiyasında (leytmotiv kimi) istifadә edilmişdir. M.C.Əmirov vә Rauf Yekta bәy H.-nın not yazısını hәyata keçirmiş, ilk dәfә zәrbi muğam notasiyasını Avropa not yazısına kö çürmәyә cәhd göstәrmişlәr. 1940-cı illәrdә Ə.Bәdәlbәyli zәrbi muğamı fp. üçün işlәmişdir (Sonralar bu not yazıları bir neçә variantda nәşr edilmişdir). S.Rüstәmovun “Azәrbaycan xalq rәnglәri” (2 dәftәr, 1954–56) vә Ə.Bakıxanovun “Azәrbycan zәrbi muğamları” (1968) mәcmuәlәrindә instrumental epizodlar, R.Zöhrabovun “Zәrbi-muğamlar” (2004) әsәrindә vokalin strumental muğam partitura şәklindә dәrc olunmuşdur (sazәndәlәr ansamblının müşayiәti ilә X.Şuşinskinin sәsindәn yazılmışdır). Müasir dövrdә hәrbi marş kimi dә ifa olunur.










