Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYSS
    HEYSS, H o y s s (Heuss) Teodor (31.1.1884, Brakkenhaym – 12.12.1963, Ştutqart) – Almaniya siyasi vә dövlәt xadimi, jurnalist. İnşaatçı ailәsindәndir. Münxen vә Berlin un-tlәrindә iqtisadiyyat üzrә tәhsil almışdır (1902–05). 1905–12 illәrdә “Die Hilfe” jurnalı ilә әmәkdaşlıq etmişdir. 1910–18 illәrdә Proqressist Xalq Partiyasının üzvü, 1912–18 illәrdә “Neckar-Zeitung” jurnalının, 1913–18 illәrdә “März” jurnalının baş redaktoru idi. 1918 ildәn Alman Demokratlar Partiyasının (ADP) üzvü, bir neçә qәzetin әmәkdaşı, 1920–33 illәrdә Berlindәki Ali Politoloji Mәktәbin dosenti olmuşdur. 1924–28 illәrdә reyxstaqda ADP-dәn deputatı idi. 1930–33 illәrdә ADP-nin Alman Dövlәt Partiyasına çevrilmәsindәn sonra sonuncunu parlamentdә tәmsil etmişdir. 1932 ildә nasional-sosialist hәrәkatını tәnqid edәn “Hitlerin yolu” adlı kitabı nәşr olunmuşdur (1933 ildә kitabların nümayişkaranә yandırılması kampaniyasının gedişindә mәhv edilmişdir). 1933 ildә pedaqoji fәaliyyәtdәn uzaqlaşdırılmış vә deputat mandatından mәhrum edilmişdir. 1933–45 illәrdә müxtәlif qәzetlәrlә әmәkdaşlıq etmiş, 1945–46 illәrdә Baden-Vürtemberqin mәdәniyyәt naziri, 1946 ildә Demokratik Xalq Partiyasının sәdri, Baden-Vürtemberq landtaqının deputatı. 1947 ildә Almaniya Demokrat Partiyası rәhbәrliyinin üzvü vә Ali Texniki Mәktәbdә (Ştutqart) politologiya prof.-u idi. 1948 ildә Parlament şurasında (Bonn) fraksiya sәdri, ümumalman Azad Demokrat Partiyasının sәdri, 1949 ildә AFR-in yaradılmasından sonra bundestaqın üzvü vә ölkәnin ilk prezidenti (1954 ildә yenidәn seçilmişdir) olmuşdur.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU