Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYVA 
    HEYVA (Cydonia) – gülçiçәklilәr fәsilәsindәn yarpağınıtökәn ağac vә ya kol cinsi. Bu cinsin adi H. (C. oblong) adlanan bir növü var. Hünd. 1,5–5 m-dir. Yarpaqları sadә, tamkәnarlı, 10–15 sm uz.-dadır. Formaca yumurtavarı vә ya oval, dәyirmi bәzәn enli ellipsvarı olur. Çiçәklәri iri, ağ vә çәhrayı olub, tәk-tәk yerlәşir, ikicinslidir. Erkәkciyi (20 әdәd) vә sütuncuğu (5 әdәd) öz aralarında birlәşmiş olurlar. Aprel-may aylarında çiçәklәyir, meyvәlәri oktyabr, noyabrda yetişir. Meyvәlәri iri, armud vә almaşәkilli, tumludur; yetişmәmiş meyvәlәri sıx keçәtükcüklü olur, yetişdikdә isә çılpaqlaşır, әtirli olur vә xoş sarı rәng alır. Daşlaşmış hüceyrәlәri olan lәti büzücüdür. Yabanı halda Azәrb.-da, İranda vә Türk.-da rast gәlinir. Sonralar arealı genişlәnәrәk bütün Aralıq dәnizi ölkәlәrinә, Asiyanın mülayim iqlimli bölgәlәrinә, Avropanın c. vә mәrkәzi r-nlarına yayılmışdır. Avropanın bir çox r-nlarında (Şotlandiya vә Norveçә qәdәr), Şimali vә Cәnubi Afrikada, Şimali vә Cәnubi Amerika, Avstraliya vә Okeaniyada becәrilir. Adi H. Azәrb.-da Böyük vә Kiçik Qafqazda dağәtәyi vә düzәn әrazilәrdә geniş yayılmışdır; xüsusilә Lәnkәranın orta meşә qurşağında, tәk-tәk vә ya qrup halında talalarda, meşәaltı sahәlәrdә rast gәlinir. H.-nın xırdameyvәli (30–40 q) cırtdanboylu (1–2 m) vә irimeyvәli (2–2,5 kq) hündürboylu (8–10 m) formaları vardır. Ən qәdim (4000 il әvvәl yaradılmış) meyvә ağaclarındandır. Azәrb.-da onun Sarı H., Rәcәbli, Çilәçi, Ordubad şirini, Qara H., Atbaşı, Daş H., qış H.-sı vә s. sortları becәrilir. Qış H.-sının kütlәsi 3 kq-a qәdәrdir. Adi H. olduqca qidalıdır; tәrkibindә B, C vitaminlәri, karotin, 7,22–15,06% şәkәr, 0,24–1,26% üzvi turşular, 0,18–0,98% pektin, B, C vitaminlәri, karotin, toxumunda 20%-әdәk selik, 0,53% amiqdalinqlikozidi, nişasta, aşı maddәlәri vә s. vardır. Meyvәsinin qabığında olan enant-etil vә pellarqon-etil efirlәri ona spesifik әtir verir. Tәzә vә qurudulmuş halda yeyilir, mürәbbә, cem, kompot bişirilir, marmelad hazırlanır, kulinariyada istifadә olunur. Xalq tәbabәtindә meyvәsi, toxumu vә yarpağı istifadә olunur; toxumlarından qәbizlik dә, kolitlәrdә, meteorizmdә, yuxarı tәnәffüs yolları xәstәliklәrindә, uşaqlıq qanaxmalarında, öskürәk zamanı bәlğәm gәtirici, yumşaldıcı vasitә kimi, yetişmiş meyvәlәri isә vәrәm, bronxial astma, mәdә bağırsaq xәstәliklәrinin müalicәsindә tәtbiq edilir. İmmunitetin qaldırılmasında әhәmiyyәti var. H. qәlәmlәrlә vә calaqla çoxaldılır. H. armud, xurma, fotiniya vә s. sortların artırılması üçün yaxşı calaqaltıdır. H. hәmçinin dekorativ bitkidir. Oduncağı açıq-sarı, yaxud çәhrayı-sarı rәngdә olub yaxşı cilalanandır. Kustar vә oyma mәmulatların, suvenirlәrin, xırda әşyaların hazırlanmasında istifadә olunur. Zәrәrvericilәri alma mәnәnәsi, alma meyvәyeyәni, yastıca, gәnәlәri; xәstәliklәri pas, qara çürümәdir. Monilioza meyillidir. H.-nın hәmçinin, hәmin fәsilәnin başqa cinsinә aid olan yapon H.-sı, yaxud xenomeles (Chaenomeles) adlanan növü vardır.
     
    Adi heyva (C. oblonga) ağacı, çiçәyi vә meyvәsi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU