“HEYVAGÜLÜ” – Azәrb. xalq rәqs melodiyası. 20 әsrin әvvәllәrindә yaranmışdır. Mәqam әsası segah, musiqi ölçüsü 6/8, tempi mülayimdir. Adәtәn, zurnaçı, balabançı dәstәsinin müşayiәti ilә kişi vә qadınlar tәrәfindәn kütlәvi, yaxud qrup şәklindә ifa olunur. El arasında “Ağabәy rәqsi” dә adlandırırlar.










