HEYVALI – Azәrb. Resp. Kәlbәcәr r-nunda kәnd. Heyvalı ә.d.-nin (Heyvalı, Yayıcı k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 42 km ş.-dә, Qarabağ silsilәsinin әtәyindәdir. Əhalisi işğaldan (1993, aprel) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










