HEYVAN XƏSTƏLİKLƏRİ – heyvan orqanizminin xarici (ekzogen) yaxud daxili (endogen) zәdәlәyici (xәstәlik törәdәn, patogen) amilin tәsiri ilә vә ya irsi, yaxud, anadangәlmә genetik çatışmazlıq nәticәsindә meydana çıxan vәziyyәti; orqanizmin müdafiә qüvvәlәrinin eyni zamanda mobilizasiyası ilә yanaşı onun orqan vә sistemlәrinin funksiyasının pozulması ilә sәciyyәlәnir, çox kәskin (fövri), kәskin, yarımkәskin vә xroniki gedişә malik ola bilir. H.x. çoxsaylı vә müxtәlifdir. Onlar hәm k.t. ev heyvanlarını, hәm dә vәhşi heyvanları yoluxdurur. H.x.-nin vurduğu zәrәr çox әhәmiyyәtli ola bilәr. Bu zәrәrin әsas hissәsini heyvan tәlәfatı vә mәcburi kәsim tәşkil edir. Belә ki, mәs., 1978-ci ildә Maltada Afrika taununun tüğyan etmәsi nәticәsindә bütün ev donuzları (1 mln-a yaxın heyvan) mәhv edilmişdir, 2001-ci ildә İngiltәrәdә dabaq xәstәliyindәn dәyәn ziyan 30 mlrd. dollardan artıq olmuşdu. Bundan әlavә H.x.- nin vurduğu ziyan hәm dә heyvandarlıq mәhsullarının mәhsuldarlığının aşağı düşmәsi vә keyfiyyәtinin pislәşmәsindәn ibarәtdir. H.x. heyvanların növlәrinә görә tәsnif edilir, bu zaman bütün vә ya bir neçә heyvan növü üçün ümumi olanlar vә ayrı-ayrı növlәr üçün sәciyyәvi (klassik donuz taunu, atların saqqo xәstәliyi vә s.) olan fәrqlәndirilir. Balıqların, arıların vә ipәkqurdunun xәstәliklәri müstәqil qruplara ayrılır. Körpә heyvanların xәstәliklәrinә ayrıca baxılır. H.x. yoluxucu olmayan vә yoluxucu olmaqla iki yerә ayrılır.
Heyvanların yoluxucu olmayan xәstәliklәri yoluxucu xәstәliklәr kimi kütlәvi ola bilsәlәr dә, heç vaxt sağlam heyvanlara keçmir. Zәdәlәnmiş orqanlar sistemindәn asılı olaraq onlar maddәlәr mübadilәsinin (avitaminozlar vә s.); tәnәffüs sistemi orqanlarının (pnevmoniya, bronxit, rinit vә s.); hәzm orqanlarının (qastrit, kolit, timpaniya vә s.); sinir sistemi orqanlarının (ensefalit, iflic, nevroz vә s.); sidik-cinsiyyәt sistemi orqanlarının (endometrit, nefrit, sistit vә s.); ürәk-damar sistemi orqanlarının (miokardit, perikardit, infarkt vә s.); dәri örtüyünün (dermatit, ekzema) pozulması xәstәliklәrinә ayrılır. Bәzәn H.x. zәdәlәnmiş orqanlara görә tәsnif edilir (mәs., qara ciyәr xәstәliklәri, böyrәk xәstәliklәri), lakin ayrıca bir orqanın zәdәlәnmәsini sistem daxilindә başqa orqanlarla birlikdә nәzәrdәn keçirmәk daha doğrudur. Yoluxucu olmayan H.x.-inә xәsarәtlәr (sınıq, çıxıq, yaravә s.), müxtәlif kimyәvi maddәlәrlә zәdәlәnmәlәr (zәhәrlәnmә, kimyәvi yanıq vә s.), zәhәrli ilanların sancması, hәmçinin qeyri-әlverişli xarici fiziki amillәrin (radiasiya, hәddindәn aşağı vә ya yuxarı temp-r vә s.) tәsirindәn baş verәn xәstәliklәr dә aiddir.
Heyvanların yoluxucu xәstәliklәri bakteriya, virus, mikoplazma, xlamidiya, rikketsi, patogen göbәlәk vә prionlar tәrәfindәn törәdilәn infeksion, helmintlәr vә buğumayaqlıların (hәşәratlar vә s.) törәtdiyi invazion xәstәliklәrә ayrılır. Yoluxucu H.x. yalnız heyvanlara mәxsus, yaxud hәm insan vә hәm dә heyvanlar üçün ümumi ola bilәr. Yoluxucu H.x. Beynәlxalq Epizootoloji Büronun tәsnifatına әsasәn epizootoloji vә iqtisadi әhәmiyyәtinә müvafiq qruplara bölünür. Qrupların tәrkibi vaxtaşırı yenilәnәn siyahılarda әks olunur. A siyahısına әn çox ziyan vuran, tez yayılan vә kütlәvi qırğın törәdәn xüsusi tәhlükәli xәstәliklәr – dabaq, vezikulyar stomatit, donuzların vezikulyar xәstәliyi, iribuynuzlu mal-qaranın taunu, xırda gövşәyәn heyvanların taunu, iri buynuzlu mal-qaranın kontagioz plevropnev moniyası, nodulyar dermatit, Rift vadisi qızdırması, qoyunların kataral qızdırması (blutanq), xırdabuynuzlu mal-qaranın çiçәk xәstәliyi, donuzların Afrika taunu, donuzların klassik taunu, atların Afrika taunu, quşların taunu (quşların yüksәk patogen qripi), Nyukasl xәstәliyi daxil edilir. B siyahısına sibir xorası, quduzluq, leptospiroz, salmonelloz, süngәrşәkilli ensefalo patiya vә s. aiddir. Az әhәmiyyәtli, hәmçinin yeni, kifayәt qәdәr öyrәnilmәmiş, hәlә tәsnifatda yeri müәyyәnlәşdirilmәmiş xәstәliklәri özündә birlәşdirәn әlavә siyahı da vardır. Yoluxucu H.x. sporadik (tәktәk), epizootiyalar vә panzootiyalar şәklindә tәzahür edir.
H.x.-nin profilaktikası heyvanların vәziyyәtinә daimi nәzarәt, dispanzerizasiya vә vacib hallarda heyvanların immunizasiyasının keçirilmәsindәn ibarәtdir. Ölkәyә vә hәmçinin konkret bir tәsәrrüfata yeni gәtirilmiş heyvanlar xüsusi tәdqiqatların aparılması ilә profilaktiki karantinә qoyulur. H.x. baş verdikdә vaksinlәr, müalicә zәrdabları, qlobulinlәr, antibiotiklәr vә müxtәlif kimyәvi terapevtik vasitәlәrin tәtbiqi ilә diaqnostik tәdqiqatlar, profilaktika vә müalicә tәdbirlәri hәyata keçirilir. Bәzi hallarda xüsusi tәhlükәli xәstәliklәri epizootiya ocağında xәstә heyvanların kütlәvi surәtdә mәhv edilmәsi ilә aradan qaldırırlar. Tәsәrrüfatlarda dezinfeksiya, cәsәdlәrin mәhv edilmәsi, xammalın zәrәrsizlәşdirilmәsi vә s. hәyata keçirilir. Vәziyyәti yaxşı olmayan tәsәrrüfatlar üzәrinә mәhdudiyyәtlәr vә ya karantin qoyulur. Mәhdudiyyәt vә ya karantin yekun baytarlıqsanitariya tәdbirlәri hәyata keçirildikdәn sonra götürülür. Bax hәmçinin. Dispanserizasiya, Zoonozlar, İmmunizasiya, Karantin.










