Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYVANLARIN YAŞI
    HEYVANLARIN YAŞI – heyvanın doğulduğu gündәn ötәn günlәrin, ayların, illәrin sayı, orqanizmin müәyyәn inkişaf dәrәcәsi ilә xarakterizә olunur. Daha geniş mәnada, orqanizmin inkişafı vә böyümәsi, mәmәlilәrdә yumurtahüceyrәnin mayalanmasından heyvanın doğulmasına qәdәr; quşlarda mayalanmış yumurtanın üzәrindә kürtyatmadan vә ya inkubasiya dövründәn cücәlәrin çıxmasına qәdәr davam edәn embrional (bәtndaxili) dövrdәn başlayır. Müxtәlif növ heyvanlarda (o cümlәdәn, quşlarda) embrional dövrün müddәti eyni deyil (bax Hamilәlik, Rüşeym). Heyvanların postembrional (bәtnxarici) inkişafında bir neçә yaş dövrü fәrqlәndirilir. Y e n i d o ğ u l m a d ö v r ü adәtәn bir neçә gün davam edir vә yeni doğulan heyvanın qısa müddәt әrzindә ana bәtnindәn kәnarda müstәqil hәyata uyğunlaşması ilә sәciyyәlәnir. Bu dövrdә heyvanın orqanizmin dә maddәlәr vә enerji mübadilәsi kәskin şәkildә güclәnir, istilik tәnzimi inkişaf edir, anadangәlmә şәrtsiz reflekslәr әsasında orqanizmi әtraf mühitlә әlaqәlәndirәn şәrti reflekslәr yaranır. S ü d ә m m ә d ö v r ü heyvanların anadan ayrılmasına vә ya südlә bәslәnmәnin dayandırılmasına qәdәr davam edir. Bu, buzovlarda 5–6, çoşqalarda 2, quzularda 3½–4, dayçalarda 6–8 aya qәdәr çәkir. Hәmin dövrdә mәmәli heyvanların әsas qidası süddür. Heyvanların gәlәcәk mәhsuldarlığı hәzm aparatının funksiyasından asılı olduğundan, onun inkişafı üçün körpә heyvanları tәdricәn qüvvәtli, cod vә digәr yemlәrә öyrәşdirirlәr. C i n s i y e t k i n l i k d ö v r ü orqanizmin böyümәsinin tamamlanması prosesi ilә sәciyyәlәnir. Qaramal 6–10, donuzlar 5–7, qoyunlar 6–8, atlar 12–15 aylığında yetkinliyә çatır. Bu dövrdә heyvanların әsas cins әlamәtlәri vә fәrdi xüsusiyyәtlәri formalaşır. İnkişafın ilkin dövrlәrindә heyvanlar sürәtlә böyüyürlәr. Cavan heyvanların sürәtlә böyümәsini tәmin etmәk üçün onları zәngin qida ilә qidalandırmaq lazımdır. Y e t k i n l i k d ö v r ü böyümә başa çatdıqdan sonra başlayır vә orqanizmin funksional fәaliyyәtinin güclü inkişafı ilә sәciyyәlәnir. Bu dövrdә heyvanların reproduktivlik qabiliyyәtinin vә mәhsul darlığının inkişafı maks.-a çatır. Qaramalda yetkinlik dövrü 5–9, donuzlarda 2–5, qoyunlarda 2–6 il davam edir. Keyfiyyәtli yemlәmә vә yaxşı bәslәmә şәraiti heyvanların hәyatının bu dövrünün uzanmasını tәmin edәn әsas amillәrdir. Q o c a l m a d ö v r ü heyvanın orqanizmindә maddәlәr vә enerji mübadilәsinin intensivliyinin aşağı düşmәsi, hәyat proseslәrinin zәiflәmәsi ilә sәciyyәlәnir. Heyvanların reproduktivlik qabiliyyәti vә mәhsuldarlığı azalır, buna görә dә bu dövr dә onların tәsәrrüfat mәqsәdilә istifadәsi iqtisadi cәhәtdәn sәmәrәsiz olur. Tәkamül prosesindә növә mәxsus xüsusiyyәt kimi müәyyәnlәşәn ömür uzunluğu orqanizmin fәrdi xüsusiyyәtlәrindәn, heyvanların cinsindәn vә hәyat şәraitindәn dә asılıdır. Tәdqiqatlar nәticәsindә vә heyvandarlıq tәcrübәsindәn bәzi heyvan növlәrinin ömrünün uzunluğu haqqında müәyyәn mәlumatlar әldә edilmişdir (cәdvәl). Ev heyvanları nadir hallarda son yaş hәddinә qәdәr yaşayırlar. Demәk olar ki, onların hamısı biol. cәhәtdәn mümkün olan uzun ömür müddәtindәn әvvәl sürüdәn çıxarılır. Bir növ daxilindә heyvanlardan tәsәrrüfat mәqsәdilә istifadә müddәti onların reproduktivlik qabiliyyәti, mәhsuldarlığı vә öz qiymәtli keyfiyyәtlәrini sonrakı nәsillәrә ötür mәqabiliyyәti ilә müәyyәn olunur. Qaramalı, adәtәn, 11–12, donuzları 5–6, qoyunları 6–7, atları 15–20, keçilәri 6–8, dәvәlәri 15–20, dovşanları 5–6, qazları 5–7, toyuqları, ördәklәri vә hinduşkaları 3–4 yaşadәk istifadә edirlәr.
    Əd.: Б о р и с е н к о Е. Я. Разведение с.-х. животных, 2 изд., М., 1957; Скотоводство. Крупный рогатый скот, т. 1-2, М., 1961; К у л е ш о в П. Н. Выбор по экстерьеру лошадей, скота, овец и свиней, 3 изд., М., 1937; М а р к у ш и н А. П. Сроки использования с.-х. животных, [М.], 1964.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU