Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉYZENBERQ 
    HÉYZENBERQ (Heisenberg) Verner Karl (5.12.1901, Vürtsburq – 1.2.1976, Münxen) – alman fiziki, kvant mexanikasının banilәrindәn biri, Nobel mükafatı laureatı (1932, tәqdim edilib 1933). London Kral Cәmiyyәtinin üzvü (1955). Münxen Un-tini bitirmişdir (1923). A.Zommerfeldin şagirdi olmuş, Kopenhagendә N.Borunyanın da tәcrübә keçmişdir. 1927– 41 illәrdә Leyptsiq Un-tinin, 1941– 1945 illәrdә Berlin Un-tinin prof.-u vә kayzer Vilhelm ad. Fizika İn-tunun (Berlin – Dalem) direktoru olmuşdur. Atom tәdqiqatları üzrә alman layihәsinin rәhbәrlәrindәn biri tәyin olunmuşdur (1956). 1945–55 illәrdә Höttingen Un-tinin prof.-u; Höttingendә (1947–58) vә Münxendә (1956 ildәn) Maks Plank ad. İn-tun direktoru; Münxen Un-tinin prof.-u (1956–70) olmuşdur. 1925 ildә M.Bornla birlikdә (vә P.Yordanın iştirakı ilә) kvant mexanikasının birinci variantı olan matris mexanikasını işlәyib hazırlamışdır ki, bu da әn sadә kvant sistemi olan xәtti ossillyatorun buraxdığı spektral xәtlәrin intensivliyini hesablamağa imkan verib. Helium atomunun vә hidrogen molekulunun kvant-mexaniki hesablamasını aparmış, bu sistemlәrin orto- vә para-hallarının mövcud olmasının mümkünlüyünü göstәrmişdir. 1927 ildә kvant mexanikasının fundamental müddәalarından biri olan qeyri-müәyyәnlik münasibәtini dürust ifadә etmişdir. Mübadilә qarşılıqlı tәsiri ideyasını irәli sürmüş (1928, P.Dirakla birlikdә), onu atom nüvәsi nәzәriyyәsindә vә ferromaqnetizm nәzәriyyәsindә tәtbiq etmişdir. Ferro maqnetiklәrin spontan maqnitlәnmәsi nәzәriyyәsini işlәyib hazırlamışdır (Y.İ.Frenkeldәn asılı olmadan). Nuklonların mübadilә qarşılıqlı tәsiri әsasında atom nüvәsinin modelini tәklif etmişdir. Elementar zәrrәciklәr nәzәriyyәsindә S-matrisinin xassәlәrini tәdqiq etmiş (1943) vә onun aparatını işlәyib hazırlamışdır. Atom reaktoru nәzәriyyәsinә (1940), kosmik şüalar selinin öyrәnilmәsinә, relyativist kvant mexanikasına, sahәnin vahid nәzәriyyәsinә, hidrodinamikaya, ifrat keçiricilik nәzәriyyәsinә, fizikanın fәlsәfi problemlәrinә vә s. aid işlәrin müәllifidir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU