HƏBABİ (
), Mәhәmmәd Əziz әl-Hәbabi (25.12.1923, Mәrakeş, Fas – 23.8. 1993, Rabat) – Mәrakeş filosofu, yazıçı. Qәrbdә Lahbabi kimi tanınır. Sor bonna Un-tinin fәlsәfә fakültәsindә doktorluq tәhsili almış, 1952–59 illәrdә Fransa Elmi Tәdqiqatlar Milli Mәrkәzindә işlәmişdir. 1959 ildә Mәrakeşә qayıtmış, V Mәhәmmәd Un-tinin prof.-u, 1961 ildәn әdәbiyyat vә humanitar elmlәr fakültәsinin dekanı olmuşdur. Əlcәzair Un-tindә fәl sәfә dәn dәrs demişdir (1969–74). Mәrakeş Yazıçılar Birliyinin banilәrindәn biridir. Beynәlxalq EA (Paris), Mәrakeş Kral Akademiyası (Rabat) vә Ərәb Dili Akademiyasının (Qahirә) üzvü idi. H.-nin fәlsәfәsi üçün geniş mәnada bütün mәdәniyyәtlәrin harmoniyası, dar mәna da isә Qәrb vә islam dünyagörüşünün uzlaşdırılması sәciyyәvidir. 1950-ci illәrdә personalist filosof kimi tanınan H. 1960-cı illәrin ortalarında islam personalizmini işlәyib hazırlamışdır. H.-yә görә, hәr bir insanın şәxslәnmә (“tәşәxxüs”) prosesi, yәni “varlıq”dan “şәxs”ә çevrilmәsi fәrdi mәn ilә dünya arasındakı dinamik әlaqә çәrçivәsindә, әqli, vicdani, cismani vә ictimai ölçü dә gerçәklәşir. İnsan davamlı şәkildә bir-birini әvәzlәyәn aksidensiyalar toplusu olduğundan onun ömür boyu bir kimliyә sahib olması mümkün deyil. H. bu baxımdan әşәriyyәnin varlıq fәlsәfәsi ilә yaxınlaşır. H. fәrd vә cәmiyyәt müstәvisindә tarazlığın pozulmaması üçün şәxslәnmә prosesindә imanın rolunu vurğulayır. Şәxslәnmәni yetәrli saymayan H. bunun “tәәnnüs” (insan olma) vә ya “tәali” (yüksәlmә) adlandırdığı proseslә davam etdiyini göstәrir. Mәhz bundan sonra irq, mәdәniyyәt vә din mәnsubiyyәti aradan qalxa vә fәrdbәşәrlә bütövlәşә bilәr. Hәqiqi islamın qayәsinin bundan ibarәt olduğunu göstәrәn H. insanın bütün bağlılıqlardan qurtularaq öz azad mәninә qovuşmasında imanın rolunu xüsusi vurğulayır. 1970-ci illәrin ortalarından H.-nin fәlsәfәsindә yeni mәrhәlә başlayır. Müasir insanın özünü vә dünyanı dәyişdirmәk vә ya mәhv olmaq seçimi qarşısında qaldığını göstәrәn H. müasir düşüncә vә dәyәrlәr böhranının hәllindә Qәrb mәdәniyyәt modelinin özünü doğrultmadığını, buna görә dә bәşәri sәadәtin qәrbmәrkәzçilikdәn qurtulmaqla gerçәklәşәcәyini önә çәkirdi. Qadiyyә (әr. ğad – sabah sözündәn) adlandırdığı gәlәcәk haqqında nәzәriyyәsindә dövlәt, millәt vә mәdәniyyәt sәrhәdlәrinin olmadığı bütöv dünya mәnzәrәsini tәsvir edirdi. Ərәb vә fransız dillәrindә yazdığı hekayә vә romanlarında üçüncü dünya ölkәlәri insanının bәdbәxtliyi vә әzabları mövzusu mühüm yer tutur. H. “Susamış nәsil” (1967), “Hәyat iksiri” (1974), “Dәfn olunmuş keçmiş” (1987) vә s. romanların, “Ümid nәğmәlәri” (1952), “Ritmik ağrılar” (1974), “Ölümә rәğmәn ümid” (1988) vә s. şeir toplularının müәllifidir. Əsas fәlsәfi әsәrlәri: “Varlıqdan şәxsiyyәtә doğru: realist personalizm araşdırmaları” (1954), “Azadlıq, yoxsa azadolma” (1956),“Qapalılıqdan açıqlığa doğru: milli mәdәniyyәt vә bәşәr sivilizasiyası haqqında iyirmi söz” (1961), “İslam personalizmi” (1964), “İbn Xәldun” (1968), “Perspektiv vә sabahkı gün” (1988).










