HƏBİB SAHİR (1903, Tәbriz – 1985, Tehran) – Azәrb. şairi, tәrcümәçi, müәllim. İlk tәhsilini mollaxanada almış, yeni üsullu mәdrәsәlәrdә oxumuşdur. İstanbul Un-tinin coğrafiya fakültәsini bitirmişdir (1933). Mollaxanada Mәhәmmәdhüseyn Şәhriyarla birgә tәhsil alan H.S. mәdrәsәdәki fransız dili vә әdәbiyyatı müәllimi Tağı Rüfәtin tәsirilә fransız әdәbiyyatına maraq göstәrmişdir. 1927 ildә İstanbula getmiş, orada yaşayan iranlılar üçün açılmış Dәbistane-İrani yan mәktәbindә fars dili vә әdәbiyyatı müәllimi işlәmişdir. Türkiyәdә tәhsil aldığı dövrdә türk әdәbiyyatı ilә yaxından tanış olmuşdur (Tofiq Fikrәt, Namiq Kamal, İbrahim Şinasi, Ziya Paşa vә Cәlal Sahir Erozan vә b.). Cәlal Sahirin soyadını özünә tәxәllüs götürmüşdür. Bir müddәt Zәncan, Qәzvin, Tәbriz vә Ərdәbildә müәllimlik etmişdir. Cәnubi Azәrb.-da milli azadlıq vә demokratik hәrәkatın (1941–46) iştirakçısı olmuş, “Vәtәn yolunda” qәzetindә fәaliyyәt göstәrmişdir. Şah rejimi dövründә tәqib edilmiş, sürgün olunmuşdur. Ömrünün son illәrini Tәbrizdә keçirmişdir. Haqqında çıxan hәbs qәrarını eşitdikdә Tehrandakı evindә intihar etmişdir. Yaradıcılığının ilk dövründә farsca yazsa da, әsasәn, Azәrb. dilindә yazıb-yaratmışdır. Fransız, rus, әrәb dillәrini yaxşı bilәn H.S.Lamartin, Bodler, Qorki, Lermontov, hәmçinin klassik fars şairlәri Sәdi, Hafiz vә Xәyyamın bәzi әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir. Milli azadlıq mübarizәsinin, vәtәnpәrvәrliyin tәrәnnümü yaradıcılığının әsas mövzusu olmuşdur. “Gecәnin әfsanәsi”, “Kölgәlәr”, “Lirik şeirlәr”, “Seçilmiş şeirlәr” (2 cilddә), “Sәhәr işıqlanır”, “Kövşәn” vә s. şeir toplularının, “Kal meyvәlәr” hekayә kitabının, dәrsliklәrin müәllifidir.
Ə s ә r l ә r i: Şeirlәr. Cәnubi Azәrbaycan әdәbiyyatı antologiyası kitabında, c.2. B., 1983; Hәbib Sahir. Seçilmiş әsәrlәri. Şeirlәr. B., 2005.










