HƏBİBBƏYLİ İsa Əkbәr oğlu (d.16.10.1949, Nax. MR.-in indiki Şәrur r-nu.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1996), prof. (1997), AMEA-nın akad. (2003; m. üzv 2001). Əmәkdar elm xadimi (1999). Nax. Dövlәt Pedaqoji İn-tunu (indiki Nax. Dövlәt Un-ti) bitirmişdir (1971). 1975–97 illәrdә Nax. Dövlәt Un-tinin әdәbiyyat kafedrasında müәllim, baş müәllim, dosent, prof. vәzifәlәrindә işlәmiş, 1991–96 illәrdә un-tin elmi işlәr üzrә prorektoru, 1996–2013 illәrdә rektoru olmuşdur. 2013–19 illәrdә AMEA-nın vitse-prezidenti (2019 ildәn birinci vitse-prezidenti), N.Gәncәvi ad. Ədәbiyyat İn-tunun direktorudur. Elmi tәdqiqatları, әsasәn, 19–21 әsrlәr Azәrb. әdәbiyyatında romantizm, realizm, post-modernizm, lirika vә satira problemlәrinә, M.F.Axundzadә, C.Mәmmәdquluzadә, M.T.Sidqi, M.Şәhriyar, E.Sultanov, M.Şahtaxtlı әdәbi irsinin öyrәnilmәsinә, “Molla Nәsrәddin” әdәbi mәktәbinә hәsr olunmuşdur. C.Mәmmәdquluzadәnin mәlum olmayan “Ər”, “Lәnәt”, “Oyunbazlar” adlı pyeslәrinin әlyazmalarını, bir çox mәqalә vә mәktublarını aşkara çıxarmış, ilk dәfә çap etdirmişdir. Azәrb. әdәbiyyatının inkişaf mәrhәlәlәrinә dair yeni dövrlәşmә konsepsiyasını irәli sürmüş, әdәbi növlәrin vә janrların yenidәn tәsnif edilmәsi nәzәriyyәsini hazırlamışdır. Bir çox beynәlxalq simpozium, konqres vә konfranslarda elmi mәruzәlәrlә çıxış etmişdir.1000-dәn çox elmi әsәrin, o cümlәdәn 12 monoqrafiyanın, çox sayda kitabın vә dәrs vәsaitlәrinin müәllifidir. Əsәrlәri bir çox xarici dildә çap olunmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var. Azәrb. Resp. Milli Mәclisinin (3–6-cı çağırış) deputatı; 2015–20 illәrdә Elm vә Tәhsil Komitәsinin sәdri olmuşdur. AMEA “Xәbәrlәr”, “Poetika.izm” jurnallarının baş redaktoru, Azәrb. Milli Ensiklopediyası Redaksiya Heyәti sәdrinin müavinidir. Atatürk Kültür, Dil vә Tarix Yüksәk Kurumunun üzvü (2001), Beynәlxalq İnformasiyalaşdırma Akademiyasının (2006) hәqiqi üzvü, AMEA Nizamnamә Komissiyasının sәdridir (2013 ildәn). Azәrb. Resp.-nın “Şöhrәt”, “Şәrәf” vә 1-ci dәrәcәli “Vәtәnә xidmәtә görә” ordenlәri ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: C.Mәmmәdquluzadә: mühiti vә müasirlәri. B., 1997; Ədәbi-tarixi yaddaş vә müasirlik. B., 2007; Azәrbaycan әdәbiyyatı: dövrlәşmә konsepsiyası vә inkişaf mәrhәlәlәri. B., 2019; Азербайджан – жемчужина Турана. М., “Худ. лит-ра”, 2020 (A.Bağırovla birlikdә); Литература, время, современность. М., “Худ. лит-ра”, 2020.










