Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏBİBİ 
    HƏBİBİ (tәxәllüsü; tәqr. 1470/75, indiki Ucar r-nunun Bәrgüşad k. – 1520) – Azәrb. şairi. Əsl adı mәnbәlәrdә çәkilmir. Rәvayәtә görә, uşaqlıqda çobanlıq etmiş H. tәsadüf nәticәsindә gәnc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gәtirilmişdir. Sonralar Şah İsmayıl Xәtainin sarayında böyük nüfuz qazanmış, hәtta Mәlik üş-şüәra olmuşdur. Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyәdә keçirmişdir. Sәnәtkarlığı ilә Füzulini belә heyran edәn H.-nin divanı dövrümüzәdәk gәlib çatmamışdır. Ədәbi irsindәn yalnız 50-yә qәdәr şeiri (qәsidә, qәzәl, müsәddәs, tohid, qitә vә s.) mәlumdur. Şeirlәrindә insan lәyaqәtini, mәnәvi gözәlliyi, mәhәbbәti tәrәnnüm etmişdir. Yaradıcılığına Nәsimi bәdii irsinin vә sufizmin, xüsusilә hürufi panteizminin güclü tәsiri olmuşdur. Lirikasında rindanәliklә әlaqәdar, sufi görüşlәrini әks etdirәn (“Xәrabat”, “Meykәdә”, “Edәlim”, “İçәlim”, vә s.) şeirlәri var. H.-nin yaradıcılığı Azәrb. şeirinә, ümumiyyәtlә, türk dilli poeziyaya (Şah İsmayıl Xәtai, Füzuli vә b.) güclü tәsir göstәrmişdir. Zәngin poetik dili, romantik üslubu, şifahi xalq şeiri әnәnәlәrinә yaxınlığı vә sadәliyi әrәb vә fars tәrkiblәrinin azlığı şairә Azәrb. әdәbiyyatı tarixindә özü nәmәxsus mövqe qazandırmışdır. H. haqqında ilk dәfә 1921 ildә Salman Mümtaz, sonra İsmayıl Hikmәt, Fuad Köprülü, H.Araslı vә M.Quluzadә yazmışlar.
    Ə s ә r l ә r i: Şerlәr. B., 1981; Qәsidәlәr, qәzәllәr, “Azәr baycan klassik әdәbiyyatı kitabxanası”. 20 cilddә, c. 3, B., 1984.
    Əd.: S ә f ә r l i Ə., Y u s i f o v X., Qәdim vә orta әsrlәr Azәrbaycan әdәbiyyatı. B., 1998; Azәrbaycan әdәbiyyatı tarixi. 7 cilddә, c.3, B., 2009.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU