HƏBİBİ Baharuddin Yusif (25.6.1936, Cәnubi Sulavesi, Parepare – 11.9.2019, Cakarta) – İndoneziya dövlәt vә siyasi xadimi. 1954–55 illәrdә Bandunq Texnologiya İn-tunda tәhsil almışdır. 1955 ildәn Axen Texniki Un-tindә (AFR) tәhsilini davam etdirmiş, 1960 ildә mühәndis diplomunu vә 1965 ildә doktorluq elmi dәrәcәsini almışdır. “Messerschmitt-Bölkow-Blohm” aviasiya şirkәtindә mühәndiskonstruktor vәzifәsindә işlәmişdir. 1978 ildә İndoneziya Texnologiya vә Elmi Tәdqiqatlar Nazirliyinin rәhbәri olmuşdur. Bu dövrdә hakim “Qolkar” partiyasının liderlәrindәn biri, 1990 ildәn isә İndoneziya Müsәlman İntellektuallar İttifaqının başçısı idi. 1998 ilin martında vitse-prezident seçilmiş, hәmin ildә Suhartonun istefasından sonra İndoneziyanın prezidenti olmuşdur. Onun hakimiyyәti illәrindә siyasi sistemin әhәmiyyәtli dәrәcәdә liberallaşması başlamışdı. 1999 il seçkilәrindә öz vәzifәsini saxlaya bilmәmişdir. İslahatların dәstәklәnmәsi mәqsәdilә icraedici hakimiyyәtlә konstruktiv münasibәtlәrini davam etdirmişdir.










