HƏBSXANA – azadlıqdan mәhrumetmә cәzasına mәhkum olunmuş şәxslәrin qanunla müәyyәn edilmiş qaydada cәza çәkdiklәri xüsusi yer. Azәrb. Resp.-nın “Cәzaların İcrası Mәcәllәsi”nә (2000) әsasәn H.-larda xüsusilә ağır cinayәtlәr törәtmәyә görә azadlıqdan mәhrumetmәyә mәhkum olunmuş şәxslәr, cәza müddәtini tam vә ya onun bir hissәsini çәkmәklә cinayәtlәrin xüsusi tәhlükәli residivinә görә mәhkum olunmuş şәxslәr, ömürlük azadlıqdan mәhrumetmә növündә cәzaya mәhkum olunmuş şәxslәr, hәmçinin ümumi, ciddi vә xüsusi rejimli cәzaçәkmә müәssisәlәrindәn H.-ya keçirilmiş mәhkumlar saxlanılırlar (bax hәmçinin Penitensiar sistem).










