HƏBSİYYƏ – orta әsrlәr Yaxın vә Orta Şәrq poeziyasında geniş yayılmış janr: bәzәn “Zindaniyyә” dә adlanır. Qәsidә, mәsnәvi vә s. formalarda yazılmışdır. Saray çәkişmәlәri nәticәsindә Şirvanşah Mәnucöhr tәrәfindәn zindana salınmış 12 әsr Azәrb. şairi Fәlәki Şirvaninin “Hәbsiyyә” qәsidәsi avtobioqrafik sәciyyә daşıyır. Xaqani Şirvani hәbsxanada olduğu zaman yazdığı mәşhur “Hәbsiyyә” qәsidәlәrindә zülm vә haqsızlığı kәskin tәnqid etmişdir. İri hәcmli epik әsәrlәrdә süjetin üzvi tәrkib hissәsi olan H.-lәr dә var (N.Gәncәvinin “Yeddi gözәl” poemasında yeddi mәhbusun nağılı vә s.). H.-lәrin çoxu bitkin süjetli olduğuna görә müstәqil şәkildә oxunub yayıla bilir. Müasir dövrdә dә H. Janrında әsәrlәr yaranır. Mәlik üş-şüәra Baharın “Karnameyi-zindan” mәsnәvisi, Bozorg Əlәvinin “Varakparehayi-zindan” әsәri, türk әdәbiyyatında Nәcib Fazil Qısakürәyin nәzmlә yazılmış “Zindandan Mehmetә mәktub” (1955) hәbsxana xatirәlәri, Nazim Hikmәtin “Dörd hәbsxanadan” (1966), Fәrux Hafiz Çamlıbelin “ Zindan divarları” (1967), Attila İlhanın “Tutuklunun gündәliyi” (1975) şeirlәr kitabı vә s. H. Janrında yazılmışdır.










