Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏCC 
    HƏCC (әr. – getmәk, ziyarәt etmәk, dәlil gәtirmәk sözündәn) – islamın beş әsasından (rükn) vә ibadәt ehkamlarından biri, müxtәlif ayinlәrlә müşayiәt olunan Kәbә ziyarәti. H. maddi imkan, sağlamlıq vә sәfәr tәhlükәsizliyi baxımından onu icra etmәk iqtidarında olan, hәddi-büluğa çatmış hәr bir müsәlman üçün vacibdir (әn azı ömründә bir dәfә). H. hicri-qәmәri tәqviminin zilhiccә ayında icra edilir vә ayinlәr silsilәsindәn (mәnasikül-hәcc) ibarәtdir. Zәvvarlar zilhiccә ayının 7-ci günü Mәkkәyә çatırlar. Ziyarәt miqat adlanan beş yerdәn birindә tәmizlәnmә ayinindәn keçәrәk ehram geyinmәklә başlayır, sonra zәvvarlar “kiçik ayinlәr”i (ümrә, tәvaf, sәy) icra edirlәr. H.-i ümrәsiz icra etmәk (“ifrad H.-i), ümrә vә H.-i ayrı-ayrı icra etmәk (“tәmәttö H.-i”; hәr biri üçün ayrıca ehrama girmәklә), yaxud ümrә vә H.-i bir yerdә icra etmәk (“qiran H.-i”) mümkündür. İfrad H.-indә qurban kәsmәk vacib deyil. 8-ci gün (Tәrviyә günü) zәvvarlar su ehtiyatı götürәrәk Mәkkәdәn Minaya, sonra isә Ərәfata yollanırlar. Tәmәttö H.-i edәnlәr hәmin gün yenidәn ehrama girirlәr. 9-cu gün (Ərәfә günü) günorta namazından günәş batanadәk Ərәfatda H.-in әsas ayini (vәqfә) başlanır. Gün batdıqdan sonra Müzdәlifәyә köç edәn zәvvarlar orada ibadәt vә zikrlә mәşğul olurlar. 10-cu gün (Nәhr günü) sәhәr ibadәtindәn sonra Minaya yola düşәn zәvvarlar Müzdәlifәdәn yığdıqları yeddi xırda daşı böyük cәmrәyә (Əqәbә cәmrәsi) atırlar (Şeytanı daşlama ayini). Bundan sonra qurban kәsilir (bax hәmçinin Qurban bayramı). 11–13-cü günlәr Tәşriq günlәri adlanır. Saçlarını kәsdirәn zәvvarlar (Hәlq, yaxud Tәqsir ayini) Kәbәnin әtrafın da tәvaf üçün Mәkkәyә gedirlәr. H.-i ümrәsiz icra edәnlәr tәvafdan sonra sәy ayinini icra edirlәr (Sәfa vә Mәrvә dağları arasında 7 dәfә qaçış). Sonra yenidәn Minaya qayıdıb hәr üç cәmrәyә daş atırlar. Bununla H. mәrasimi başa çatır. H.-in ideyaları Mәhәmmәd peyğәmbәrlә Mәdinә yәhudilәri arasında әlaqәnin kәsildiyi dövrdә formalaşmışdır; bu vaxt Kәbә qiblә (2:142-145), H. isә vacib әmәl (3:97) elan edilmişdir. Quranda H.-ә dair göstәrişlәr vә mәlumatlar var (2:158; 2:189; 2:196-200; 5:1-2; 5:95-96; 22:26-33). Quranın 22-ci surәsi “H.” adlanır. Rәvayәtә görә, H.-in әsas ayinlәrini Mәhәmmәd peyğәmbәr 632 ildә Vida xütbәsindә elan etmişdir. Sonralar fiqh mәktәblәrinin nümayәndәlәri ziyarәt ayinlәrini müfәssәl şәkildә işlәyib hazırlamışlar. Orta әsrlәr müsәlman dünyasında mühüm tarixi-mәdәni vә sosial-siyasi rol oynamış H. özünün ideoloji vә siyasi әhәmiyyәtini indi dә saxlayır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU