HƏCƏRÜL-ƏSVƏD, ә l - h ә c ә r ә l ә s v ә d (әr.
– qara daş) – Kәbәnin cәnub-şәrq küncündә yerlәşәn, müsәlmanlar tәrәfindәn müqәddәs hesab edilәn daş. Yerdәn 1,5 m hünd.-dәdir. Diametri tәqr. 30 sm-dir. Rәvayәtә görә, H. cәnnәtdәn kәnarlaşdırılarkәn Adәm peyğәmbәrә verilmiş, Nuh tufanı zamanı Əbu Qubeys dağında qorunmuş vә Kәbәnin inşası zamanı İbrahim peyğәmbәr tәrәfindәn ora gәtirilmişdir. Mәhәmmәd peyğәmbәr hәlә 35 yaşında olarkәn Kәbәnin qüreyşilәr tәrәfindәn yenidәn inşası zamanı bütün qәbilә başçılarının iştirakı ilә H.-i yerinә yerlәşdirmişdir. 683 ilin ortalarında Xәlifә Yәzid ibn Müaviyәnin qoşununun Mәkkәyә hücumu nәticәsindә Kәbәdә baş vermiş yanğında üç hissәyә parçalanan H.-in hissәlәrini Abdullah ibn әz-Zübeyr bir-birinә yapışdıraraq gümüş çәrçivәyә saldırmışdır. 805 ildә Harun әr-Rәşid bu çәrçivәni möhkәmlәtdirmişdir. 930 ildә qәrmәtilәr tәrәfindәn oğurlanan H. 951 ildә yerinә qaytarılmışdır. Bәzi mәnbәlәrә görә, әvvәllәr ağ rәngdә olan H. sonradan tәdricәn qaralmışdır.
Hәcәrül-Əsvәd.










