HƏCV (әr.
) – Şәrq, elәcә dә Azәrb. әdәbiyyatında satirik şeir növlәrindәn biri. H.-lәrdә müәllif bu vә ya digәr şәxsә olan iradını kәskin dillә ifadә edir. Şәxsi motivlәr üstün olduğu üçün, belә әsәrlәrin çoxunun ictimai әhәmiyyәti azdır. Firdövsi, Rәşidәddin Vәtvat, Xaqani, Q.Zakir, S.Ə.Şirvani vә b. H.-lәrin klassik nümunәlәrini yaratmışlar. 19–20 әsrlәrdә Azәrb. әdәbiyyatında realist satira qüvvәtlәndiyindәn H.-ә maraq azalmışdır. Avropa әdәbiyyatındakı paskvil, epiqram janrlarına yaxındır.










