HƏDDAD Malik (27.7.1927, Konstantina – 2.6.1978, Əlcәzair) – Əlcәzair yazıçısı. Fransız dilindә yazmışdır. Yaradıcılığına P.Elüar vә L.Araqonun tәsiri olmuşdur. “Hәdә altında bәdbәxtlik” (1956), “Sәni sәslәyәcәyәm, sәsimә sәs ver” (1961) toplularındakı şeirlәrdә Əlcәzair xalqının milli azadlıq mübarizәsi әksini tapmışdır. “Çevrilmiş sәhifә” (1958) romanı ziyalıların bu mübarizәyә qoşulmasından bәhs edir. Milli-demokratik inqilabın qәlәbәsindәn (1962) sonra yeni hәyat quruculuğunu әks etdirәn әsәrlәr [“Əsrin bir günü” (1962) poeması, “Əlcәzairdә icma” (1969) publisistik kitabı vә s.] yazmışdır. Əlcәzair Yazıçılar İttifaqının Baş katibi (1974 ildәn) olmuşdur. Ə s ә r i: Çevrilmiş sәhifә. B., 1965.











