HƏDİK – Azәrb.-da geniş yayılmış mәrasim vә mövsümi yemәk növü. Əvvәlcәdәn islağa qoyulmuş buğda, qarğıdalı, lobya, maş, noxud, lәrgә vә mәrcidәn bişirilir. Süfrәyә verilәrkәn yanına qoz lәpәsi dә qoyulur. Adәtәn, uşaq ilk dişini çıxardıqda hazırlanır vә qonum-qonşuya paylanır. Aşura günü, hәmçinin payız vә qış aylarında da bişirilir.










