HƏDİS (әr.
– “yenilik”, “xәbәr”, “hekayә”) – Mәhәmmәd peyğәmbәrin müxtәlif dini, hüquqi vә әxlaqi mәsәlәlәrә dair sözlәri vә fәaliyyәti haqqında rәvayәt. H.-lәr qövli (peyğәmbәrin sözü), feli (peyğәmbәrin hәrәkәti), tәqriri (peyğәmbәrin hәr hansı sәhabәnin söz vә ya hәrәkәtini tәsdiqlәmәsi) vә vәsfi (peyğәmbәrin hәr hansı xüsusiyyәti barәdә rәvayәt) olmaqla tәsnif edilir. H.-lәr iki hissәdәn ibarәt olur: ravilәrin (H.-i biri digәrindәn rәvayәt edәnlәr) adlarının zәncirvarı sadalandığı isnad (sәnәd) vә әsas mәlumatı ehtiva edәn mәtn. Əsәr (daha çox başqaları vasitәsilә peyğәmbәrdәn nәql olunan H.) vә xәbәr H.-in sinonimi kimi işlәnir. İslamın ideya vә prinsiplәrinin әhәmiyyәtli hissәsini özündә ehtiva edәn H.-lәr Qurandan sonra ikinci hüquq (fiqh) mәnbәyi hesab edilir. Belә ki, H. islamın fәthlәrdәn vә Xilafәtin yaranmasından sonra meydana gәlәn yeni sosial vә ideoloji şәraitә uyğunlaşdırılması üsulu idi. 7 әsrin ortalarından tematik H. topluları (müsәnnәf) vә bir ravidәn nәql olunan H. topluları (müsnәd) tәrtib olunmağa başladı. Sünnilәrdә Buxari (“Əs-Sәhih”), Müslim (“Əl-Cami әs-sәhih”, 9 әsr), Əbu Davud әs-Sicistani (“Kitab әs-sünәn”, 9 әsr), Mәhәmmәd әt-Tirmizi (“Əl-Cami әl-kәbir”, 9 әsr), Əhmәd әn-Nәsai (“Kitab әs-sünәn”, 10 әsr) vә Mәhәmmәd İbn Macәnin (“Kitab әs-sünәn”, 9 әsr) altı hәdis külliyyatı (“әl-kutub әs sittә”) daha nüfuzlu hesab edilir. Hәmçinin Əhmәd ibn Hәnbәlin 30 min H.-i ehtiva edәn “Müsnәd”i dә geniş istifadә olunur. Şiәlәrdә Kuleyni (“әl-Kafi”), İbn Babәveyh (“Mәnla yәhzәruhu әl-fәqih”) vә Şeyx Tusinin (“Tәhzib әl-әhkam”, “әl-İstibsar fima uxtulifә min әl-әxbar”) dörd H. Külliyyatı (“әl-kutub әl-әrbәә”) mötәbәr sayılır (bax hәmçinin Cәfәriyyә). Müsәlmanların hәyatının dini, hüquqi vә etik aspektlәrinә dair H.-lәrlә yanaşı, Mәhәmmәd peyğәmbәrin hәyat tәsvirinin – sirәlәrin әsasını tәşkil edәn “tarixi” H.-lәr dә var. Hәmçinin müxtәlif siyasi hadisәlәr vә onlarla bağlı fәlakәtlәri qabaqcadan xәbәr verәn H. kateqoriyası da fәrqlәndirilir. Mәhәmmәd peyğәmbәrin dilindәn müxtәlif әrәb tayfaları nümayәndәlәrinә vә müsәlman dünyasının müxtәlif regionlarındakı әhaliyә xas dәyәrlәri sadalayan (fәzail) H.-lәr xüsusi kateqoriya tәşkil edir. Qüdsi H.-lәr (Mәhәmmәd peyğәmbәrin nәql etdiyi Quran ayәsi olmayan ilahi kәlamlar) xüsusi çәkiyә malikdir. Müsәlman dünyasında H. tәdqiqatının rical (ravilәrin etibarlılığının tәdqiqi vasitәsilә H.-in sәhihlik dәrәcәsinin aydınlaşdırılması) vә dirayә (H.-in mәtnini vә sәhihlik dәrәcәsini qiymәtlәndirmә sistemi) adlı xüsusi fәnlәri formalaşmış, ravilәrә hәsr olunmuş әsәrlәr (rical kitabları) yazılmışdır. H.-in toplanması vә tәnqidiylә mühәddislәr mәşğul olurdular. Onlar islamın ilk әsrlәrin dә müsәlman alimlәrin әhәmiyyәtli hissәsini tәşkil edirdi. Mühәddislәr dinin әsaslarının rasionalist şәrhinә (bax mötәzilә, kәlam) qarşı çıxan әnәnәvi müsәlman ideologiyasının әsas nümayәndәlәri idi. H.-lәrin toplanması üçün axtarış mәqsәdli sәyahәtlәrin tәşkili orta әsrlәr müsәlman mәdәniyyәtinin sәciyyәvi cәhәti idi. H.-lәr müxtәlif elmi-fәlsәfi müddәaların әsaslandırılmasının mühüm hissәsidir. Mәşhur aforizm vә atalar sözlәri kimi istifadә olunan H.-lәr var. Bax hәmçinin Qırx hәdis.










