HƏFTƏSOV MİNERAL SU BULAĞI – Azәrb. Resp. İsmayıllı r-nunun Hәftәsov k. әrazisindә, Girdiman çayının sağ sahilindә, dәniz sәviyyәsindәn 1500 m hünd.-dәdir. Suyunun minerallaşma dәrәcәsi 1,9 q/l, debiti 35 m3/gün, temp-ru 11,5°C-dir. Balneoloji tәrkibi:

Suyu zәif minerallaşmış, hidrokarbonatlı-sulfatlı, natriumlu-kalsiumludur. Yerli әhali tәrәfindәn müalicә mәqsәdilә istifadә edilir.










