HƏKƏRİ – Azәrb. Resp.-nın Laçın vә Qubadlı r-nlarında çay. Uz. 128 km (Şәlvә çayının mәnbәyindәn), hövzәsinin sah. 5540 km2. Şәlvә vә Hocazsu çaylarının birlәşmәsindәn әmәlә gәlir. Mıxtökәn silsilәsindәn (2580 m hünd.-dәn) başlanır. Bazarçayla birlәşәrәk (358 m hünd.-dә) Araza tökülür. Əsasәn, yeraltı sularla qidalanır. İllik axım hәcmi 483 mln. m3-dir. Suvarmada istifadә edilir.

Hәkәri çayı. Laçın rayonu.










