HƏKİM ETİKASI, t i b b i d e o n t o l o g i y a – öz peşә vәzifәlәrini yerinә yetirәn tibb işçilәrinin etik normalar mәcmusu. Hәkimin xәstәlәrә münasibәti, davranışı, rәftarı, şәxsiyyәti, tәfәkkürü, dünyagörüşü geniş olmalı, o, özünә inam yaratmağı bacarmalıdır. Hәkimin xәstәdә inam yaratmaq bacarığı müalicәnin zәruri mәrhәlәsidir. Hәkim xәstәlәri müayinә vә müalicә edәrәk etikanı yüksәk sәviyyәdә gözlәmәlidir. Hәkimin xoş sözü, mehribanlığı, hәssaslığı, qayğıkeşliyi xәstәnin tez sağalmasına müsbәt tәsir göstәrir. Beynәlxalq tibbi deontologiya kodeksi 1949 ildә Cenevrәdә Beynәlxalq Hәkimlәr Cәmiyyәtindә tәsdiq edilmişdir.










