HƏKİM NƏZARƏTİ, i d m a n d a – Azәrb.-da vә bir çox ölkәlәrdә bәdәn tәrbiyәsi vә idmanla mәşğul olanlara kompleks tibbi tәminat tәdbirlәri. H.n. tәlim-mәşq prosesini düzgün tәşkil etmәk vә idmançıların sağlamlığını möhkәmlәtmәk mәqsәdilә orqanizmin funksional vәziyyәtini vә insanın fiziki inkişafının sәviyyәsini müәyyәnlәşdirmәkdәn ibarәtdir. Resp.-da idman bazaları nәzdindә, ali mәktәblәrdә, poliklinikalarda müalicә bәdәn tәrbiyәsi dispanserlәri vә H.n. kabinetlәrinin geniş şәbәkәsi mövcuddur.










