“HƏQİQƏTİ-ƏFKAR” – hәftәlik ictimai-siyasi, elmi-әdәbi vә iqtisadi qәzet. Azәrb. dilindә A-2 formatında olan 4 sәhifәlik qәzet Bakıda Orucov qardaşlarının mәtbәәsindә nәşr edilmişdir. İlk nömrәsi 1911 il oktyabrın 29-da (noyabrın 11-dә), sonuncusu 1912 il fevralın 25-dә (martın 8-dә; cәmi 19 nömrә) çıxmışdır. Dövrünun mütәrәqqi nәşrlәrindәn olan “H.-Ə”-ın naşiri Q.Heydәrov, redaktoru C.Yusifzadә idi. Qәzetdә S.H.Sadıqzadә, Ə.Müznib, A.Sәhhәt, A.Yusifzadә, Q.Heydәrov, Ə.Yusifzadә (C.Yusifzadәnin oğlu) vә b. әmәkdaşlıq etmişlәr.










