HƏQİRİ TƏBRİZİ (?, Tәbriz – 1585, Tәbriz) – Azәrb. şairi. Hәyatı haqqında mәlumat azdır. Nizami әnәnәlәrini davam etdirmişdir. Azәrb. dilindә ilk “Leyli vә Mәcnun” (1512) poemasının müәllifidir. 1888 ildә ingilis şәrqşünası Ş.Ryobu әsәrin Britaniya muzeyindә saxlanılan әlyazmasının tәsvirini vermiş, Azәrb. dilindә namәlum bir şair tәrәfindәn yazıldığını qeyd etmişdir. Onun fikirlәrini 1928 ildә türk alimi İ.Hikmәt tәkrarlamışdır. 1940 ildә H.Araslı poemanın әlyazmasının foto-surәti әsasında onu tәdqiq etmiş, poemanın H.T.-yә mәxsusluğunu müәyyәnlәşdirmiş, әsәrin dili, üslubu, ideyası haqqında fikir söylәmişdir. H.T. poemada Leyli ilә Mәcnunun mәhәbbәtini bәşәri mәhәbbәt kimi tәqdim etmiş, onun geniş fәlsәfi mәzmun daşıdığını göstәrmişdir. Əsәrdә humanizm, әdalәt, azadlıq, mәnәvi saflıq tәrәnnüm olunur. Şair hәmçinin müasiri olduğu cәmiyyәtin qeyri-humanist mahiyyәtini dә açmışdır. Sam Mirzәnin “Töhfeyi-Sami” (1550) vә Tәqiәddin Mәhәmmәd Kaşaninin “Xülasәtül-әşar vә zibdәtül-әfkar” tәzkirәlәrindә H.T. vә onun 6 min beytlik divanının olması haqqında mәlumat verilir.
Ə s ә r i: Qәzәllәr, dördlüklәr, “Azәrbaycan klassik әdәbiyyatı kitabxanası”. 20 cilddә, c.3. B., 1984.
Əd.: Ə. S ә f ә r l i, X. Y u s i f l i. Qәdim vә orta әsrlәr Azәrbaycan әdәbiyyatı. B., 1998.










