“HƏQQ” – siyasi, ictimai vә iqtisadi qәzet. 1911 ildә Hәştәrxanda Azәrb. dilindә günaşırı nәşr edilirdi (ilk nömrәsi aprelin 1-dә, son 20-ci nömrәsi iyulun 1-dә). Naşiri vә redaktoru Mustafa Lütfi İsmayılov (Şirvani) idi. “H.”, әsasәn, islam ideologiyasını tәbliğ edirdi.










