Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏLƏB 
    HƏLƏB ( ), A l e p p o – Suriyanın şm.-q.-indә şәhәr. Hәlәb (Aleppo) mühafazasının inz. m. Əh. 1,9 mln. (2020). Ölkәnin ikinci (Dәmәşqdәn sonra) iqtisadi vә mәdәniyyәt mәrkәzi. Mühüm nәql. qovşağı. D.y. ilә Dәmәşq, Homs, Əl-Laziqiyyә şәhәrlәri ilә әlaqәlәnir. Beynәlxalq aeroport. Şәhәrin adı ilk dәfә e.ә. 20 әsrdә Yәmhad dövlәtinin paytaxtı kimi qeyd olunmuşdur. E.ә. 17 әsrin sonunda hettlәr tәrәfindәn işğal edilmiş, sonralar müvәqqәti olaraq Mitanninin hakimiyyәtinә (e.ә. 14–13 әsrlәrә qәdәr) keçmişdir. ƏhәmәnilәrSelevkilәr dövlәtlәrinin, e.ә. 64 ildәn Romanın, sonra isә Bizans imperiyasının tәrkibindә olmuşdur. Karvan yollarının kәsişmәsindә yerlәşdiyindәn әrәb tayfalarının güclü axınına mәruz qalmış vә 637 (digәr mәlumatlara görә, 638) ildә Xilafәt ordusu tәrәfindәn tutulmuşdur. 940–960-cı illәrdә Hәmdanilәrin iqamәtgahı; müsәlmanların bizanslılara qarşı müqavimәt mәrkәzi olmuşdur. Eyni zamanda klassik әrәb әdәbiyyatının ocağı kimi inkişaf etmişdir. Sonralar Bizans, FatimilәrAbbasilәr arasında mübarizә obyektinә çevrilmişdir. 1023 ildәn Mirdasilәrin, 1079 ildәn Sәlcuqilәrin yerli qolunun, 1129 ildәn Zәngilәrin, 1183 ildәn Əyyubilәrin nәzarәtindә olmuşdur. 1124 ildә mühasirәyә alınmış H. müsәlmanların sәlibçilәrә qarşı mübarizәsinin dayaq mәntәqәsi idi. 12 әsrin sonu – 13 әsrin ortalarında çiçәklәnәn ticarәt, sәnәtkarlıq, mәnәvi mәdәniyyәt vә әnәnәvi elm mәrkәzi olmuşdur. 1260 ildә monqollar tәrәfindәn viran qoyulmuşdur. Mәmlüklәrin dövründә (bax Mәmlük sultanlığı) yenidәn Avrasiya tranzitinin әn mühüm bazarlarından birinә çevrilmişdir. 1400 ildә Teymur tәrәfindәn talan edilmişdir. 1516 ildәn Osmanlı imperiyasının tәrkibindә olan H. dirçәlmişdir. 16–17 әsrlәrdә H. İsgәndәrun portu ilә yanaşı Levant (Kәnan) ticarәtinin әsas yükboşaltma mәntәqәsi olmuşdur. Zәlzәlә (1822), taun (1827) vә vәba (1832) epidemiyaları, hәmçinin 1850 ildә baş vermiş üsyanın yatırılması nәticәsindә H.-in әhalisi iki dәfәdәn çox azalmışdır. 1890-cı illәrdә H. Osmanlı imperiyasına qarşı milli azadlıq mübarizәsinin mәrkәzi idi. 1920 ildәn Fransanın mandatlı әrazisi olmuş, 1943 ildәn müstәqil Suriyanın tәrkibindәdir. Hökumәt qoşunları ilә silahlı müxalifәt arasında 2012 ildә başlamış münaqişә nәticәsindә H.-in infrastrukturu, iqtisadiyyatı vә bir çox memarlıq abidәlәri ciddi dağıntılara mәruz qalmışdır. Bürclәri vә darvazaları olan divar fraqmentlәri (10–16 әsrlәr, ellinist dövrünün istehkamları üzәrindә) ilә әhatәlәnmiş Köhnә şәhәr (Ümumdünya irsi siyahısına daxil edilmişdir) müntәzәm antik planlaşdırmanı saxlamışdır. Onun ş. hissәsindә bürclәri olan qalın divarlarla әhatәlәnmiş oval formalı içqala (tәqr. e.ә. 300) yerlәşir. Qalanın içәrisindә Hәdid mәbәdinin (e.ә. 2–1-ci minilliklәr), Bizans sisterninin fraqmentlәri, İbrahim mәscidi (1167–68), minarәli Böyük mәscid (1212–14), saray (1230; taxt-tac zalı – 1472; hamamlar – 1367), kazarmalar (1834), teatr (1980) saxlanılmışdır. Köhnә şәhәrin q. hissәsindә Zәkәriyyә peyğәmbәrin mәqbәrәsi ilә Böyük mәscid (710-cu illәr, 12–13 әsrlәrdә bәrpa edilmişdir) yerlәşir. Köhnә şәhәrdә hәmçinin әl-Hәlәviyyә (12 әsr), әl-Müqәddәmiyyә (1168); әl-Sultaniyyә (1223–25) mәdrәsәlәri; әl-Tut (1146), әl-Utruş (1393–1408), әl-Adiliyyә (1555–57), әl-Bәhramiyyә (1583) mәscidlәri, әl-Fәrәfirә xanәgahı (1237–38), xәstәxanalar (Arqxun 1354), hamamlar (Əl-Nәhәsin, 12–13 әsrlәr;, Yәlbuq, 1491) keçmiş qubernator sarayı (1928–33, c. hissәsi 2014 ildә dağıdılmışdır) var. Dünyada әn böyük örtülü ticarәt küçәlәri kompleksi (ümumi uz. 13 km; 6 mindәn çox dükan) saxlanılmışdır. Köhnә şәhәrdәn c.-da Bab-әl-Mәqam mәhәllәsindә әl-Zahiriyyә (1217) vә әl-Firdövs (1235, stalaktitli portal) mәdrәsәlәri; q.-dә isә Mәşhәd-әl-Hüseyn (1173–1236) vә Mәşhәd-әl-Mühәssin (1142–13 әsrin әvvәli) memorialları yerlәşir. Azәrb. şairi İ.Nәsiminin (1369–1417) türbәsi şәhәrin Fәrfәrah mәhәllәsindәdir.
    Hәlәb şәhәrindәn görünüş.
    Şm.-q.-dә, әsasәn, xristian mәhәllәsi olan Cdeydada kilsәlәr (pravoslav Uspeniye kilsәsi, 15 әsrin sonu, 1850–52 illәrdә yenidәn bәrpa edilmişdir; katolik kilsәsi, 1500) üstünlük tәşkil edir. Əzaziyә (“Kiçik Beyrut”) mәhәllәsinin tikililәri (“Baron” hoteli, 1909–40; Müq. Fransisk katolik kilsәsi, 1937), әsasәn, 20 әsrin 1-ci yarısında inşa edilmişdir. H. ölkәnin tәhsil vә mәdәniyyәt mәrkәzlәrindәn biridir. Ali tәhsil müәssisәlәri arasında dövlәt un-ti (1958; nәzdindә ölkәnin әn iri kitabxanalarından biri). Texniki-peşә tәhsili mәrkәzidir. Bir neçә muzey, o cümlәdәn Milli muzey (1931) var. Ənәnәvi әrәb musiqisinin yayıldığı mühüm mәrkәzdir. Futbol üzrә Suriya yığması ölkәnin әn iri vә çoxfunksiyalı Beynәlxalq stadionunda (53,2 min yer) çıxış edir. H. Suriyanın sәnaye mәrkәzidir. 2011 il silahlı münaqişәlәrinә qәdәr H.-dә yüngül (ölkәnin toxuculuq fabriklәrinin tәqr. 35%-i) vә kimya [әczaçılıq (milli istehsalın 60%-i) vә әtriyyat-kosmetika mәhsulları, boyaqlar, plastik kütlәdәn mәmulatlar, gübrәlәr vә s.] sәnayesi, maşınqayırma, metallurgiya (polad, prokat vә idxal xammal әsasında pәstahlar), yerli k.t. mәhsullarının emalı (zeytun yağı vә s.), sement istehsalı üzrә müәssisәlәr fәaliyyәt göstәrirdi. Ənәnәvi sәnәtkarlıq (sabunbişirmә, tikmәlәr, mebel istehsalı, dәri, metal mәmulatlar vә s.) inkişaf etmişdir. H. heyvandarlıq vә taxıl, pambıq, üzüm, zeytun becәrilmәsi üzrә ixtisaslaşmış k.t. rayonunun ticarәt mәrkәzidir. İşgüzar turizm.
    Hәlәb qalası.
    Hәlәb. Minarәli Böyük mәscid.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU