Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏLƏF MƏDƏNİYYƏTİ
    HƏLƏF MƏDƏNİYYƏTİ – Şimali Mesopotamiyada keramikalı Son Neolit dövrünә aid arxeoloji mәdәniyyәt. Ənәnәvi tarixi (Hassuna mәdәniyyәti ilә Übeyd mәdәniyyәti arasında), әsasәn, e.ә. 6-cı minilliyin ikinci yarısıdır; kalibrlәşdirilmiş (müәyyәnlәşdirilmiş) radiokarbon tarixi e.ә. 7-ci minilliyin sonu – 6-cı minilliyin birinci yarısıdır. Hәlәf tәllinin (Suriya, Xabur çayının yuxarı axarları) adı ilә adlandırılmışdır. 1911–13, 1929 illәrdә M. fon Oppen haym (Almaniya) tәrәfindәn qazıntılar aparılmışdır. Hassuna mәdәniyyәtini әvәz etmiş H.m. әlamәtlәrini tam әks etdirәn arxaik tapıntıların aşkarlandığı şәrq zonasına (Dәclә çayının sol sahilindәn Xabur çölünәdәk) vә Suriya-Kilikiya Neoliti ilә tәmas da olan arasıkәsilmәz inkişafın izlәnildiyi qәrb zonasına (Balix çayından Fәratın sağ sahilinә vә Kilikiya torpaqlarınadәk) bölünür. H.m.-nin Cәnubi Qafqaz, Cәnubi Azәrb., Cәnubi Mesopotamiya vә Levant (Kәnan) ilә әlaqәlәri mövcud idi. Son mәrhәlәlәrdә Übeyd mәdәniyyәtinin nüfuzunun artması H.m.-nin tәnәzzülünә sәbәb olmuşdur (bax Yarımtәpә). H.m. sah. 1–1,5 ha (hünd. 7 m-әdәk olan tәlllәr) olan standart mәskәnlәr (Yarımtәpә kimi), kiçik mövsümi mәskәnlәr (mәs., II Tәll Xazna), Şәrqi Anadoludan obsidian (d ә v ә g ö z ü) vә s. xammal gәtirilәn yollar üzәrindә sah. 20 ha-dәk olan iri mәskәnlәrlә tәmsil olunur. Dairәvi yaşayış tolosları vә düzbucaqlı tәsәrrüfat tikililәri tauf üsulu ilә (qurudulmuş gil parçalarından) inşa edilmişdir; qabların üzәrindә ikiyamaclı damı olan hündür binaların tәsvirlәri var. Meyityandırma adәti mövcud idi, ölülәr vә kәllәlәr nekropollarda vә mәskәnlәrdә, o cümlәdәn Domuztәpәdә “ölüm quyusunda” (heyvan sümüklәri tәbәqәsi üzәrindә dәfn edilmiş 40 meyitin qalıqları) dәfn olunmuşdur. H.m.-nә mәxsus yüksәkkeyfiyyәtli keramik qablar әllә, sonralar isә fırlanan mexanizm vasitәsilә düzәldilmişdir; sәthi hәndәsi ornament, insan, heyvan, quş, tikililәrin tәsvirlәri, o cümlәdәn süjetli sәhnәlәrlә bәzәdilmiş naxışlı keramika çoxluq tәşkil edir; antropomorf vә zoomorf qablar da var. Qazıntılar zamanı möhürlәr də tapılmışdır; oturaq vәziyyәtdә qadın heykәlciklәri sәciyyәvidir. H.m.-nin daşıyıcıları әkinçilik (әsasәn, arpa), maldarlıq (qaramal vә donuz) vә ovçuluqla mәşğul olurdular.
     
    Hәlәf mәdәniyyәti. Keramik kәsanın fraqmenti.E.ә. 5600–5000 illәr.
    Metropoliten İncәsәnәt muzeyi (Nyu-York, ABŞ).
    Hәlәf mәdәniyyәti. Mәhsuldarlıq heykәlciyi.
    TәllHәlәf. E.ә. 5–4-cü minilliklәr. Uolters
    İncәsәnәt muzeyi (Baltimor, ABŞ).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU