HƏLQ-ƏL-VADİ (
), keçmiş L a - Q u l e t – Tunisdә şәhәr. Tunis vil.-indәdir. Əh. 45,7 min (2014). Aralıq dәnizinin Tunis körfәzi sahilindә port. Tunis ş. ilә 11 km-lik d.y. xәtti vә kanalla birlәşir. Dәmir filizi, fosforit ixrac olunur. Gәmi tәrsanәsi, İES var. Balıq ovlanır. Əsası 1535 ildә imperator V Karl tәrәfindәn Qoletta adı ilә İspaniya qalası kimi qoyulmuşdur. 1535–74 illәrdә Qoletta vә ona bitişik әrazilәr İspaniya müstәmlәkә imperiyasının tәrkibindә idi. 1574 ildә osmanlılar tәrәfindәn fәth edilmişdir. 1881 ildә şәhәr bütün Tunislә birlikdә Fransa müstәmlәkә imperiyasının tәrkibinә keçmişdir. Fransızların hakimiyyәti dövründә (1881–1956) şәhәrdә mәskunlaşmış çox sayda avropalı Tunis müstәqilliyini bәrpa etdikdәn (1956) sonra İtaliya vә Fransaya mühacirәt etmişdir.










