HƏLQƏVİ QURDLAR, a n n e l i d l ә r (Annelida) – ikincili bәdәn (selom) boşluğuna malik ilkağızlı onurğasızlar tipi. H.q. artıq Orta Kembri dövründә mövcud idilәr. Uz. 1 mm-dәn 3 m-әdәk olan bәdәn iki - tәrәfli simmetriyalı, silindrikdir; baş hissәdәn (prostomium), seqmentli gövdәdәn vә anal hissәdәn (piqidi) ibarәtdir; nazik kutikula qatı ilә örtülüdür. Seqmentlәrinin sayı bir neçә yüzәdәk olur. Daxili orqanların metamerliyi seqmentasiyası ilә әlaqәdardır. Seqment çıxıntıları, o cümlәdәn, bığcıqlar, kimyәvi hissetmә orqanı, lamisә çıxıntıları, hәrәkәt çıxıntıları, parapodilәr (çıxıntıları çoxqıllı qurdlarda daha yaxşı inkişaf etmişdir) vә qılcıqları müxtәlifdir. Ağız dәliyi qarın hissәdә prostomiumla birinci seqment arasında, anal dәliyi piqidinin sonunda yerlәşir. Bәdәninin divarı adәtәn, ikiqatlı çәpinә zo laqlı, daxili uzununa vә xarici hәlqәvi (kiçik növlәrindә çox vaxt olmur) әzәlәlәrdәn ibarәtdir. Selom eninә arakәsmәlәrlә (septalara) seqmentlәrә bölünmüşdür. Hәr bir seqmentin boşluğunu mezenteri sağ vә sol hissәyә ayırır. İri növlәrindә qapalı qan-damar sistemi vardır: mezenterinin içәrisindәn nisbәtәn incә yan damarları ilә bәdәn divarına vә bağırsaqların üst sәthinә birlәşmiş olan bel vә qarın qan damarları keçir; bel damarı ilә qan önә, qarın damarı ilә arxaya doğru axır. Udlaqüstü sinir düyünü hәr seqmentdә 2 sinir düyünü ilә qarın sinir zәnciri vasitәsilә birlәşmişdir; hissetmә orqanları – gözlәr, kirpikli iybilmә çuxurları, müvazinәt orqanları vә s. Hәr bir seqmentdә ifrazat orqanları vardır: protonefridilәr, yaxud metanefridilәr (qan damar sistemi olan növlәrdә). H.q. müxtәlifcinsli vә ya hermafroditdirlәr. Cinsiyyәt vәzilәri seqmentdәki selomun daxili qatının artmasından әmәlә gәlir; qametlәr vә ifrazat mәhsulları xaricә kirpikli qıflar vasitәsilә çıxırlar. İnkişafı düzünә (birbaşa) vә ya troxofora sürfәsi (adәtәn dәniz növlәrindә) ilә gedir. 8000-dәn çox növü, bir neçә sinfi (o cümlәdәn, azqıllı qurdlar, çoxqıllı qurdlar, mizostomidlәr, zәlilәr, poqonoforlar) var. Dәnizlәrdә, şirin su hövzәlәrindә, quruda yaşayırlar.

Hәlqәvi ipәksarıyan (Ocneria dispar): 1 – dişi; 2 – erkәk; 3 – yetkin tırtıl.










