Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏLQƏVİ STRUKTURLAR
    HƏLQƏVİ STRUKTURLAR – Yerin vә digәr planetlәrin sәthindә müşahidә olunan, oval, dairәvi vә ya hәlqәvi forma kimi geol. obyektlәr. Aerofoto vә kosmik şәkillәrin deşifrәlәnmәsi nәticәsindә aşkar edilmişdir. Onların quruluşu radial yaxud hәlqәvi qırılmalarla, lineamentlәrlә mürәkkәblәşә bilәr. Mәnşәyinә görә H.s. kosmogen, maqmatogen, metamorfogen, tektonik, rotasion, seysmik, ekzogen vә ya mәnşәyi tәyin olunmayan ola bilәr. K o s m o g e n H.s.-a meteorit kraterlәrini (o cümlәdәn astroblemlәri) aid edirlәr; Yerin erkәn inkişafı mәrhәlәsindә onun sәthindә meteoritlәrin yaratdığı vә diametri bir neçә min km-ә çatan nuklearlar da H.s.-a aiddir. Onlarla nuklear aşkar edilmişdir; әn irisinin (Şimali Amerika nuklearı) diametri 3800 km-dir. Litosfer plitlәrin sonrakı yerdәyişmәsi nәticәsindә bәzi nuklearlar parçalanmışdır; onların fraqmentlәrinә Cәnubi Amerikada, Afrika vә Avstraliyada rast gәlinir. M a q m a t o g e n H.s. vulkanik vә intruziv H.s.-ına ayrılır. Birincilәr cavan vә qәdim vulkanik vil. vә qurşaqlarda intişar tapmışdır (mәs., Şәrqi Kamçatka cavan vulkanik qurşağı hüdudlarında). Cavan vulkanik vil. vә qurşaqlardakı H.s. әksәr hallarda su ilә dolmuş iri krater vә kalderlәrdir. Qәdim vil. vә qurşaqlarda H.s. geniş vulkanik-tektonik strukturlardan (depressiyalar, qalxıntılar) ibarәtdir. İntruziv H.s. qırışıqlıq qurşaqlarında vә platformalarda yayılmışdır; sәthә çıxmış müxtәlif ölçülü yuvarlaq intruziyaları – batolitlәri, iri ştokları, lopolitlәri (mәs., Buşveld lopoliti), maqmatik diapirlәri, partlayış borularını vә s. özündә birlәşdirir. M e t a m o r f o g e n H.s.-a qәdim platformaların bünövrәsindә intişar tapmış qranit-qneys gümbәzlәri aiddir; platforma örtüyünün (mәs., Sibir platforması) aşağı horizontlarında, Son Kembriyәqәdәr vә Paleozoy qırışıqlıq qurğularının (Şәrqi Ural, Appalaç) ox hissәlәrindә dә rast gәlinir. Metamorfogen H.s.-ın diametri onlarla km-dәn yüzlәrlә km-әdәkdir. T e k t o n i k H.s.әsasәn platformaların müsbәt (anteklizlәr, tağlar, tektonik qalxıntılar, izometrlk antiklinallar, duz vә gil diapirlәri) vә mәnfi (sineklizlәr, izometrik sinklinallar, tektonik çökәkliklәr) struktur formaları ilә tәmsil olunmuşlar. R o t a s i o n H.s.-a Yer qabığının qövsvarı vә spiralvarı strukturları aiddir (mәs., Şimali Tyanşanda Çoloy strukturu). S e y s m i k H.s. zәlzәlә ocaqlarının konturlanması yolu ilә planetar (Sakit okean, Atlantika vә Hind-Avstraliya), regional (Peru, Seyşel, Hind-Çin, Aleut vә Şimali Afrika) vә lokal (Borodino, Alyaska, Böyük Hövzә, Antil) miqyaslı “hәlqәlәrә” ayrılır. E k z o g e n mәnşәli H.s. adәtәn çox kiçik (on, yüz m, bәzәn bir km-ә yaxın) ölçülü strukturlarla tәmsil olunmuşdur. Bunlara karst qıfları, habelә onların yay vaxtı daimi donuşluq vil.-lәrindә müşahidә edilәn analoqları – alaslar aiddir. H.s.-la müxtәlif növ faydalı qazıntılar әlaqәdardır.
    Əd.: С л е н з а к О.П. Вихревые системы литосферы и структуры докембрия. К., 1972; З е й л и к Б.С. О происхождении дугообразных и кольцевых структур на Земле и других планетах (ударновзрывная тектоника). М., 1978.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU