HƏLLEDƏN GÜCLƏNDİRİCİ – analoq hesablayan maşınlarda әks-rabitә dövrәsi yaradan sabit cәrәyan güclәndiricisi vә xarici radioelementlәrdәn ibarәt kompleks qurğu. Analoq kәmiyyәtlәr üzәrindә riyazi әmәliyyatlar (toplama, sabit әmsala vurma, diferensiallama, inteqrallama, işarәni әksinә çevirmә vә s.) aparmaq üçündür. Əks-rabitә dövrәsi olmayan güclәndirici ә m ә l i y y a t g ü c l ә n d i r i c i s i adlanır. Elektron H.g. daha geniş yayılmışdır. Əks-rabitә dövrәlәrindә qeyri-xәtti müqavimәtlәr olduqda H.g. qeyri-xәtti әmәliyyatları (qüvvәtә yüksәltmәk, triqonometrik funksiyaların tapılması vә s.) yerinә yetirә bilir.










